“Kia Sorento” qadını vurub öldürdü

“Kia Sorento” qadını vurub öldürdü
SOSİAL
09:54 02.09.2026
217
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 49-cu məhəlləsində baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Yaşar Əsgərov idarə etdiyi "Kia Sorento” markalı avtomobillə piyada 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR