Kibercinayətkarlıq müzakirə olunacaq

Kibercinayətkarlıq müzakirə olunacaq
Bütün Xəbərlər
00:22 03.10.2011
1813

Oktyabrın 6-7-də Bakıda “Kibercinayətkarlıqla mübarizə: bir çox sahələri əhatə edən kibertəhlükəsizliyin əsas vəzifəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə görə, ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə keçiriləcək konfransda kibercinayətkarlıq hallarının məhkəmə təqibi zamanı istifadə olunan hüquqi əsaslar, bu məsələyə dair beynəlxalq konvensiyalar, standartlar, cinayət və prosessual qanunvericilik sahəsində təcrübələr müzakirə olunacaq. Konfransda Azərbaycanın müvafiq dövlət orqanlarının və İnternet provayderlərin, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri, ekspertlər iştirak edəcək.

OXŞAR XƏBƏRLƏR