Petropavlovsk-Kamçatski şəhər məhkəməsi tüfənglə qardaşını güllələyən əslən azərbaycanlını üç il müddətinə azadlıqdan məhrum edib.
AZXEBER.COM “Kam24” informasiya agentliyinə istinadən xəbər verir ki, o qardaşına onu evlənməyə razı salmaq istədiyi üçün atəş açıb.Məlumata görə, ötən ilin avqustunda Rıbakov prospektində yaşayan 47 yaşlı azərbaycanlının evinə böyük qardaşı qonaq gəlib. O kiçik qardaşını evlənməyə razı salmaq istəyib. Bu isə ev sahibinin xoşuna gəlməyib. Onların arasında mübahisə yaranıb. Kiçik qardaşın tüfəngə əl atdığını görən böyük qardaş qaçıb. Lakin 47 yaşlı azərbaycanlı ona əvvəlcə pəncərədən, sonra isə küçəyə çıxaraq atəş açmağa başlayıb və qırma ilə onu yaralayıb.Şəhər məhkəməsinin rəsmi nümayəndəsi Anna Perminovanın sözlərinə görə, müttəhim qismən özünü müqəssir bilib.“O qardaşını öldürmək istəmədiyini, yalnız qorxutmaq üçün atəş açdığını bildirib. Tüfəngin boş güllələrlə dolu olduğuna əminliyini bildirib”, - deyə A.Perminova qeyd edib.