“Kiçik Ürəklərdə Böyük Xatirələr”

“Kiçik Ürəklərdə Böyük Xatirələr”
İQTİSADİYYAT
12:17 27.04.2021
635
Azercell-in dəstəyilə şəhid övladları üçün reabilitasiya proqramına start verilir.

AZXEBER.COM xəbər verir ki, korporativ Sosial Məsuliyyəti öz fəaliyyətinin ayrılmaz və mühüm hissəsi hesab edən "Azercell Telekom” şirkətinin dəstəyi ilə "Kiçik Ürəklərdə Böyük Xatirələr” adlı sosial layihəyə start verilib.

Layihənin əsas məqsədi İkinci Qarabağ müharibəsində şəhid olan hərbçilərimizin övladları üçün art terapiya yolu ilə psixoloji təlimlər təşkil etmək, eləcə də onların qəhrəman ataları haqqında ən gözəl xatirələrindən ibarət kitabı həm rəqəmsal, həm də çap formatda nəşr etməkdir. Layihədə Azercell-in partnyoru "GİD CSR Consulting” şirkətidir.

"Kiçik Ürəklərdə Böyük Xatirələr” layihəsində 5-14 yaş arasında olan 300 uşağın anası ilə birgə iştirak edəcəyi planlaşdırılır. COVİD-19 virusunun yayılması ilə əlaqədar pandemik şəraiti nəzərə alaraq, təlimlər onlayn şəkildə keçirilir.

Təlimlər bir neçə istiqamət üzrə təşkil olunub. "Art terapiya” (təsviri sənət terapiyası) uşaqların özünü rahat və azad formada ifadə etməsinə, içində qapalı saxladıqları duyğularını üzə çıxarmalarına şərait yaradacaq. Musiqi, rəsm, hərəkət-rəqs, ədəbiyyat kimi sənət növlərinin köməyilə terapiya alan uşaqlar həm də bu yolla estetik yönlərini ortaya çıxara biləcəklər.

"Arzular ağacı” mövzusunda təlimin məqsədi isə iştirakçılarda özünə inam və ruh yüksəkliyi yaratmaqdır. Bu təlimin köməyilə uşaqlara və onların valideynlərinə psixoloji yardım göstərmək mümkün olacaq. Bu təlim böyük sarsıntı yaşayan uşaqların üzləşdikləri psixoloji problemləri adlamaqlarına, gələcəkdə yarana biləcək daha ağır çətinliklərin qarşısını almağa kömək edəcək. Layihə çərçivəsində təlimlər zamanı xüsusi psixoloji çətinlik yaşayan uşaqların olduğu aşkarlanarsa, onların valideynləri ilə fərdi görüşlər də təşkil ediləcək.
"Uğur hekayəsi” istiqamətindəki təlimlərdə tanınmış şəxslər, böyük çətinliklər bahasına uğur qazanan peşəkarlarla görüş nəzərdə tutulub.

Layihə çərçivəsində şəhid övladlarının qəhrəman ataları haqqında xatirələri bir kitabda toplanacaq. Həm çap, həm də elektron formatda hazırlanacaq kitabın ayrıca bir bölümü atası haqqında heç xatirəsi olmayan körpə şəhid övladlarına həsr ediləcək. Bu kitab şəhidlərin öz ailələri ilə yanaşı, hər kəsin xatirələrində və qəlbində yaşamasına kömək edəcək. Kitabın elektron versiyasını "Bookmate” mobil tətbiqindən də oxumaq mümkün olacaq.

Bu layihə hər bir azərbaycanlının rahat gələcəyi naminə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən mərd və yenilməz hərbçilərimizə və onların ailələrinə duyulan hörmət və qayğının kiçik nümunəsidir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
5 gün yağış yağacaq - Xəbərdarlıq
12:25 11.06.2026
5 gün yağış yağacaq - Xəbərdarlıq
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO
12:24 11.06.2026
Gəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi - FOTO