Kikboksçumuz kubok qazandı – FOTOLAR

İDMAN
21:16 22.05.2023
260
Daha bir həmyerlimiz nailiyyət əldə edib.

AZXEBER.COM bildirir ki,  Almaniyanın Cottbus şəhərində ümumillider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş profesional  K-1 kateqoriyası üzrə çempionat keçirilib.

Burada Azərbaycanı təmsil edən Kamran Hüseynov vaxtından əvvəl ikinci raundda öz rəqibi üzərində qələbə qazanıb. Nəticə olaraq, idmançımız kuboku ölkəmizə gətirib.

Qeyd edək ki, K-1 kikboksinqin kateqoriyalarından biridir.
 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR