Nigeriyanın paytaxtı Abucada Milad ayinlərinin keçirildiyi kilsədə partlayış baş verib. Bu barədə "Röyters" agentliyi xəbər yayıb. Şahidlərin sözlərinə görə, Müqəddəs Tereza kilsəsində törədilən partlayış o qədər güclü olub ki, yaxınlıqdakı evlərin şüşələri qırılıb. Bəzi məlumatlara görə, partlayış kilsənin tam ortasında baş verib.