Kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib

Kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
DÜNYA
18:50 22.11.2026
79
Almaniyanın Bavariya federal əyalətinin Allqoy bölgəsində yerləşən Bad-Qrönenbax şəhərində kilsədə dəm qazının sızması nəticəsində 19 nəfər xəsarət alıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Blue News" məlumat yayıb.

Hadisə yerində təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis əməkdaşlarının iştirakı ilə genişmiqyaslı xilasetmə əməliyyatı həyata keçirilib.

İlkin məlumata görə, hadisəyə istilik sistemindəki nasazlıq səbəb olub. Dörd nəfərin vəziyyəti ağırdır. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir.

Hadisənin dəqiq səbəbləri araşdırılır. Xəsarət alanların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat verilməyib.
OXŞAR XƏBƏRLƏR