Kim Çen In: Şimali Koreyanın nüvə materialı istehsalı iki dəfədən çox artıb

Kim Çen In: Şimali Koreyanın nüvə materialı istehsalı iki dəfədən çox artıb
DÜNYA
11:32 04.06.2026
194

Şimali Koreya lideri Kim Jong-un ölkənin silah istehsalında istifadə olunan nüvə materiallarının istehsal gücünün son 5 ildə iki dəfədən çox artdığını açıqlayıb.


AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Kim yeni istifadəyə verilən nüvə materialı istehsalı müəssisəsinə səfəri zamanı uzunmüddətli istehsal planları barədə məlumat alıb.


Şimali Koreya lideri bildirib ki, ölkədə silah istehsalında istifadə olunan nüvə materiallarının istehsal potensialı beş il əvvəlki göstəricilərlə müqayisədə iki dəfədən çox yüksəlib.


Kim həmçinin vurğulayıb ki, ölkənin "nüvə müharibəsinin qarşısını alma gücü"nün həm keyfiyyət, həm də kəmiyyət baxımından daha da gücləndirilməsinə ehtiyac artır.


Qeyd edək ki, Şimali Koreya son illərdə nüvə və raket proqramlarını genişləndirməyə davam edir.

 
Gülay
OXŞAR XƏBƏRLƏR