Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama
SOSİAL
00:31 22.07.2026
858
Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqlar üstünlük təşkil edib.

Azərbaycanda qüvvədə olan qanunvericiliyə əsasən, kimlər uşaq övladlığa götürə bilər? Hansı hallarda şəxsin övladlığa götürməsinə icazə verilmir? 

"Azərbaycan uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda övladlığa verilə biləcək uşaqlar, ümumiyyətlə, valideyn himayəsindən məhrum olmuş 0-18 yaş aralığındakı uşaqlardır:

"Övladlığa götürmə qəyyumluqdan fərqlənir. Bu zaman uşağa övladlığa götürən şəxsin ad və soyadı verilir, onunla bağlı mülkiyyət və vərəsəlik hüquqları formalaşır. Bu gün əsas məqamlardan biri odur ki, övladlığa götürülən uşaqlar arasında daha çox 3 yaşa qədər olanlara üstünlük verilir. Bizə də bu barədə müraciətlər olur və izah edirik ki, yalnız 3 yaşa qədər uşaqları seçmək düzgün yanaşma deyil. Axı 3 yaşdan yuxarı uşaqların da sevgiyə və ailəyə ehtiyacı var. Adətən narahatlıq ondan ibarət olur ki, gələcəkdə uşaq onun bioloji övlad olmadığını biləcək. Amma onsuz da nə vaxtsa bunu öyrənəcək. Uşağı aldatmaq doğru deyil. Əgər bu fakt uzun müddət gizlədilərsə və uşaq sonradan övladlığa götürüldüyünü öyrənərsə, bu, daha ciddi psixoloji fəsadlara səbəb ola bilər. Bu baxımdan, insanların daha çox 3 yaşa qədər uşaqlara üstünlük verdiyini görürük”.

Kəmalə Ağazadə əlavə edib ki, bununla yanaşı, bizim təcrübəmizdə sığınacaqda reabilitasiya keçmiş 7-8 yaşlı uşaqların da övladlığa verildiyi hallar olub: 

"Kimlər uşağı övladlığa götürə bilməz? Ağır dərəcədə sağlamlıq məhdudiyyəti olan şəxslərə uşaq verilmir. Bildiyim qədər, qanunvericilikdə artıq I qrup əlilliyi olan şəxslərin də övladlığa uşaq götürməsi mümkündür. Lakin onların fiziki vəziyyəti ayrıca qiymətləndirilir. Həmçinin uşaqlara qarşı işgəncə, pedofiliya, zorakılıq və digər bu kimi ağır cinayətlərə görə məhkum olunmuş, cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxslərə də qanunvericiliyə uyğun olaraq uşaq övladlığa verilmir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
06:36 12.09.2026
Pezeşkian: ABŞ İran xalqının təslim olmasını istəyir
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
05:19 12.09.2026
Rusiya gün ərzində 67 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
03:07 12.09.2026
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
02:34 12.09.2026
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azaldı
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
01:22 12.09.2026
Daşqınlardan sonra Nepalın bərpası üçün lazım olan məbləğ açıqlandı
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
00:43 12.09.2026
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
00:36 12.09.2026
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
00:23 12.09.2026
Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət nə vaxta qədər davam edəcək? - VİDEO
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
00:14 12.09.2026
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Bürclər bu günə nə deyir?
00:02 12.09.2026
Bürclər bu günə nə deyir?
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
23:48 11.09.2026
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda universitetlər 3 illik olacaq?
23:43 11.09.2026
Azərbaycanda universitetlər 3 illik olacaq?
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
23:33 11.09.2026
Faciəvi şəkildə ölən azərbaycanlı bacı və qardaşın yaxınları danışdılar - Yeni TƏFƏRRÜAT - VİDEO
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
23:24 11.09.2026
"Fənərbağça"dan İsmail Kartalla bağlı açıqlama
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
23:13 11.09.2026
“Evin kvadratı hesablanır, həyətin isə yox”- Tikinti şirkəti ilə sakin arasında mübahisə - VİDEO
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı
23:09 11.09.2026
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatdı