Kimsəsiz uşaqlar üçün möhtəşəm konsert - FOTOLAR

Kimsəsiz uşaqlar üçün möhtəşəm konsert -  FOTOLAR
MƏDƏNİYYƏT
15:37 23.09.2013
2828

Ötən gün Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında əməkdar artist Aybəniz Haşımova “12 MAY” şirkətinin sponsorluğu və təşkilatçılığı, millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilati dəstəyi ilə “Dostluq körpüsü” layihəsi çərçivəsində konsert proqramı ilə çıxış etdi. 

AZXEBER.COM-un məlumatına görə, konsertdə sənətkar ilə yanaşı səhnəni qızı Aynişan Quliyeva, Tacikistan müğənnisi Təhminə Niyazova, Qazaxstan müğənnisi Alişir Karimov, Kuba müğənnisi Emiliya Morales, Türkiyə müğənnisi Oya Ergün, eləcə də əməkdar artist Səlim Abbasov, Əsgər İsmayılov, Vüqar Ağayev və “Bülbüllər” qrupu bölüşüblər. Konsertin aparıcısı teleaparıcı Saleh Bağırov olub.

Kimsəsiz uşaqlar üçün nəzərdə tutulan konsertin əsas tamaşaçları paytaxt qəsəbələrində yerləşən bir neçə internat evində məskunlaşmış kimsəsiz və fiziki qüsurlu uşaqlar idi. Konsertdə eləcə də millət vəkili Qənirə Paşayeva, "12 May" Şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb, kinorejissor Eldar Quliyev, aktrisa Məlahət Abbasova və digər tanınmış ictimai-siyasi qonaqlar da iştirak edirdilər.

Açılışdan sonra aparıcı ilk ifa üçün səhnəyə Aybəniz Haşımova və rəhbəri olduğu "Bülbüllər" qrupunu dəvət etdi. Sonra Q. Paşayeva çıxış edərək dövlətimizin, eləcə də prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın kimsəsiz uşaqlara olan diqqət və qayğısından söz açdı. Millət vəkili çıxışından sonra əcnəbi və yerli sənətçilərə xatirə olaraq hədiyyələr təqdim etdi. Sonra "12 May" şirkətinin rəhbəri Hacı Səbuhi Rəcəb və şirkətin direktoru Pərviz Əzimov da çıxış edərək uşaqlara olan qayğının vacibliyindən söz açdılar və qonaq müğənnilərə təşəkkür etdilər.

Sənətçilərin çıxışları zamanı uçaqlar səhnəyə çıxaraq mahnı sədaları altında rəqs etdilər. Hər bir çıxış uşaqlar tərəfindən böyük sevinc və alqışlarla qarşılandı. Konsertdə maraqlı məqamlardan biri Səlim Abbasovun müşayiəti ilə Kuba müğənnisinin "Bessame Mucho" mahnısını ifa etməsi oldu. Qazaxıstan müğənnisi Səhnədə öz mahnıları ilə yanaşı Rəşid Behbudovun repertuarından da bir mahnı səsləndirdi. Tacikistan müğənnisi isə Almaniyada yaşayan Azərbaycan müğənnisi Seyran İsmayılxanovun onun üçün yazdığı "Bom-Bom" mahnısını ifa etdi. Konserti çıxışı ilə bağlayan Aybəniz Haşımova səhnədə uşaqları başına toplayaraq onlara "Lay-lay" oxudu. Sənətkar valideyin qayğısından məhrum olmuş uşaqlara "Mən sizin ananızam" deyərək, onları və digər tamaşaçıları öz ifası ilə kövrəltdi. Konsertin gedişatında təşkilatçılar tərəfindən tamaşaçı uşaqlara şirniyyatlar paylanıb.

Bu gün proqrama əsasən əcnəbi qonaqlar "12 May" Şirkəti və Aybəniz Haşımovanın təşəbbüsü ilə Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını, Heydər Əliyev Mərkəzini, "Bülbül" adına Orta İxtisas Musiqi Məktəbini ziyarət ediblər. Hazırda qonaqların paytaxt ekskursiyası davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
15:38 04.06.2026
“Çelsi”nin əfsanəvi futbolçusu vəfat etdi - FOTO
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
15:36 04.06.2026
Onlara 3 il hər ay pul veriləcək, güzəştlər olunacaq
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
15:24 04.06.2026
300 mindən çox şagird monitorinq ediləcək - MÜTDA
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
15:22 04.06.2026
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO
İlana atəş açan kişi ailə üzvlərini yaraladı
15:16 04.06.2026
İlana atəş açan kişi ailə üzvlərini yaraladı