'Kiş-Miş' restoranları şəbəkəsinin sahibini öldürdülər

Bütün Xəbərlər
12:59 23.10.2012
1811
“Kiş-Miş” restoranları şəbəkəsinin sahibi, məşhur azərbaycanlı iş adamı Əfqan Rəsulov Sank Peterburqun mərkəzində polislər tərəfindən öldürülüb. “Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, hadisə təcili çağırışla əraziyə gələn polis əməkdaşları ilə atışma zamanı baş verib. İlkin məlumatlara görə, hüquq mühafizə orqanlarının əməkdaşları qanun çərçivəsində hərəkət ediblər. İnsidentin təcavüz faktı ilə bağlı əraziyə təcili çağırış edilməsindən sonra baş verdiyi deyilir. Hadisə yerinə gələn polis əməkdaşları ilə təcavüzçünün qardaşları arasında baş verən atışmada bir polis əməkdaşı yaralanıb. Cavab atəşi nəticəsində öldürülən şəxsin isə 34 yaşlı “Kiş-Miş” restoranları şəbəkəsinin direktoru Əfqan Rəsulov olduğu məlum olub.
OXŞAR XƏBƏRLƏR