Kişi ginekoloq pasientlərinin görüntülərini əxlaqsız saytlara satdı - RƏZALƏT...

DÜNYA
17:50 01.12.2019
4811
Ukraynada kişi ginekoloq otağına yerləşdirdiyi kamera ilə xəstələrinin özəl görüntülərini çəkərək əxlaqsız saytlarına satıb.
 
AZXEBER.COM Moderator.az-a istinadən xəbər verir ki, xəstələrin bunun fərqinə varmasından sonra həkimin əməli ifşa edilib. Bundan sonra həkimin fəaliyyətinə xitam verilib. Odessa şəhərində yaşayan Vyaçeslav Tripolkonun bu əməlinin üstü pasientlərdən birinin müayinə otağındakı görüntülərini həmin saytlardan birində görməsindən sonra açılıb. 

Bundan sonra başqa qadınlar da saytda axtarış apararaq öz videolarına rast gəliblər.  Həkim həbs edilməsə də işindən uzaqlaşdırılıb. Xəstəxananın baş həkimi isə hadisədən şoka düşdüyünü bildirib. 

OXŞAR XƏBƏRLƏR