Kişi idi, qadın oldu, yenidən kişiyə çevrildi - FOTOLAR

MARAQLI
13:27 30.11.2012
4499
Sabiq kişi Qeri Norton 23 il qadın kimi yaşadı. Lakin o daim makiyaj etmək və saçını qaydaya salmaqdan bezərək yenidən kişi olmaq qərarına gəlib.
İngiltərənin Koventri şəhərində yaşayan 75 yaşlı britaniyalı təqaüdçü Qeri Norton 23 il əvvəl cinsini dəyişərək Cillian olmuşdu.
İndi isə o, yenidən cinsini dəyişmək üçün cərrahiyyə əməliyyatına nail olmaq və kişiyə çevrilmək fikrindədir.
O, 23 il ərzində qadın həyatına alışmağa çalışdığını, amma niyyətinə çatmadığını deyib.
"Həqiqətən də qadın olmaq istəyirdim. Rəqsləri öyrənir, yerişimi düzəltməyə çalışır, gözəl donlar alır, zahiri görkəmimə çox fikir verirdim. Məni bəyənən kişi də var. Lakin onun hisslərinə cavab verə bilmirəm, çünki hələ də qadınların məni cəlb etdiklərini anlayıram. Cinsini dəyişmək istəyənlərə demək istərdim ki, bu, çıxış yolu deyil", - Qeri deyib.
Britaniya ordusunun veteranı Qeri 1980-ci illərin sonlarında depressiyaya düşmüşdü. O, həkimə gedəndə demişdi ki, qadın paltarları geyəndə sakitləşir.
Terapevt də ona cinsiyyəti dəyişmək üçün hormonal preparatları məsləhət görərək başqa mütəxəssisin yanına yolladı.
4 uşaq atası Qeri beləcə, cinsini dəyişdi.
Şoka düşmüş ailə üzvləri isə Qerini anlamadılar. Arvadı ondan boşandı, övladları isə "Səndən iyrənirik!" deyərək evdən getdilər.
"Qadın olmaqla çox böyük səhv etdim. Məni həyatımın ötən illəri ilə bağlayan hər şeyi unutmaqla, qadına çevrilməklə depressiyadan qurtulacağımı düşünürdüm. Alınmadı. Hər şey daha pis oldu. Arvadımdan və övladlarımdan üzr istəyirəm. Ümid edirəm ki, onlar məni bağışlayarlar", - Qeri söyləyib.
Həkimlər isə sabiq kişi, sonrakı qadının yenidən kişiyə çevrilməsi üçün cərrahiyyə əməliyyatının uğursuz başa çata biləcəyini 
(milli.az)
OXŞAR XƏBƏRLƏR