Sabirabad rayonunda özünü öldürmək istəyən kişi dizel içib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Ceyhun Həsənov intihar məqsədilə dizel yanacağı içib.
Xəstəxanaya yerləşdirilən C.Həsənov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.