Kişilər göbəyiaçıq gəzə, sort geyinə bilər - İlahiyyatçıdan səs-küylü açıqlama

Kişilər göbəyiaçıq gəzə, sort geyinə bilər - İlahiyyatçıdan səs-küylü açıqlama
TOP4
14:46 10.07.2019
4110
Geyim insan tərbiyəsi ilə ölçülmür. Hər kəsin sərbəst geyinmək və yaşamaq hüququ var. Lakin elə geyim tərzləri olur ki, cəmiyyətin bir hissəsi belə geyimlərə yaxşı baxmır. Xüsusilə, şort geyinən kişilər və qızlar qınaq obyektinə çevrilir. Görəsən insanların bu geyim tərzini aqressiya ilə qarşılamasına səbəb nədir? Bunun əsasında, mental fikirlər, yoxsa Avropa həyat tərzinə etiraz dayanır?

AZXEBER.COM xəbər verir ki, mövzununun aktuallığını nəzərə alaraq, Modern.az məsələ ilə bağlı İlahiyyat üzrə fəlsəfə doktoru Elşad Mahmudovun mövqeyini öyrənib:

"Əlbəttə, cəmiyyət nöqteyi-nəzərindən yanaşsaq, şortik qeyinmək qəbul olunur, ancaq dini aspektdən baxanda müəyyən məhdudiyyətlər var. İslamda məhrəm və naməhrəm məsələsi var . Məhrəmə görə, qadın və kişinin örtülməsi vacib olan müəyyən yerləri var. Vacib olan işlər yerinə yetirildiyi zaman din hər hansı bir şəkildə başqa bir münasibət bildirmir. Əsas odur ki, dinin geyimlə əlaqəli qoyduğu qayda-qanunlar təsdiq olunsun. Mənim özümün bu məsələyə necə baxmağımın heç bir əhəmiyyəti yoxdur".

İlahiyyatçı kişilərin göbəyi açıq gəzməsinə icazə verildiyini söyləyib.

"Qadının üz və əllərindən başqa hər yerləri örtülməlidir. Kişilərdə isə bu işin minimum dərəcə göstəricisinə baxanda dizdən aşağı açıq ola bilər. Ümumi əxlaq çərçivəsində götürsək, sinə bağlı olsa, daha yaxşı olar. Amma göbəyin üstündən biraz açıq şəkildə bədənin görsənməsi elə də ayıb hesab olunmur. Lakin bu ona əsas vermir ki, kişilər göbəyi açıq çıxıb cəmiyyətin ortasında gəzsin. Dini baxımdan buna icazə var, qadağa yoxdur. İslamda digər məsələ də ondan ibarətdir ki, geyimə xüsusi bir baxış tərzi var. Fərqi yoxdur qadın və kişi olsun. Ümumi əxlaq çərçivəsindən kənara çıxmamaq şərtilə. İnsanlar bu çərçivəyə diqqət etsələr, daha məqsədəuyğun olardı.

Ümumiyyətlə, cəmiyyətimizdə geyimlə bağlı müxtəlif fikirlər var. İndi yay ayıdır, əlbəttə ki, biz dini bir cəmiyyətdə yaşamırıq, dünyavi cəmiyyətdə yaşayırıq. Hər bir kəsin də geyim sərbəstliyi var. Heç kimi qınamaq olmaz ki, niyə belə geyinmisən. Onlar istədiyi paltarı geyinə bilərlər. Ancaq istədiyimiz paltarı geyinə bilərik deyərkən, Azərbaycan xalqının ümumi baxış tərzini də diqqətə almaq lazımdır".

Elşad Mahmudov şort geyinən şəxslərə Azərbaycan cəmiyyətində pis baxıldığını etiraf edib. O, kişilərin sort geyinmək hüququnu dəstəkləsə də, qadınların belə geyimlərdə olmasına pis baxdığını da vurğulayıb:

"Xarici ölkələrlə müqayisədə , bizdə şort geyinən şəxslərə çox da yaxşı baxmırlar. Təbii ki, mental düşüncülər də ön plana keçir. Kişinin kişi geyimi, qadının da qadın geyimi olar. İstər- istəməz o tərzdə geyinən şəxslərə cəmiyyət pis gözlə baxacaq. Yaxşı olardı ki, geyim geyərkən təkcə özlərini yox, cəmiyyətin də baxış tərzini nəzərə alsınlar.
Kişilərin şort geyinmək məsələsinə o qədər də pis baxmıram. Dizdən aşağı geyinsələr, normaldır. Burda bir problem də görmürəm. Həm də yay fəslidir, bunu da diqqətə almaq lazımdır. Bir ilahiyyatçı kimi qadınların şort geyinməyinə yaxşı baxmıram. Qadın nəzərə almalıdır ki, bu geyim tərzi onlara uyğun deyil".

Azvision.az saytının xanım əməkdaşı Şəhanə Rəhimova isə məsələyə başqa cür yanaşaraq, bunları söyləyib.

"Şort mənim ən sevimli geyim formalarından biridir. Özümü onda sərbəst və rahat hiss edirəm. Hər zaman da istifadə edirəm.

Ancaq cəmiyyətimizin bu məsələyə qarşı fikirləri birmənalıdır. Elə yerlər var ki, şort geyinən qıza yaxşı baxmırlar. Şort geyinən oğlanı isə daş-qalaq edirlər. Bu paltarın geyinilməsinə utancverici bir hadisə kimi baxırlar.

Bir dəfə çəkilişə gedirdik, hava da çiddətli isti idi. Təbii ki, mən sort geyinmişdim. Bir oğlan həmkarımdan soruşanda ki, bu istidə sən niyə şort geyinmirsən ? Mənə dedi ki, "heç vaxt geyinmərəm. Çünki özümü alçalmış hesab edərəm".
Şort geyinənlərə pis baxan insanları isə heç cür qəbul edə bilmirəm. Hansı zəmanədə yaşayırıq? O, düşüncə tərzi artıq arxivə qovuşub. Müasir bir zəmanədə yaşayırıq, enerjimizi və baxışlarımızı geyimə yox , daha vacib məsələlərə versək, yaxşı olar. Belə mövzular olanda nədənsə hər zaman bu şeir yadıma düşür:

Əcnəbi seyrə balonlarla çıxır

Biz hələ avtomobil minməyiriz.

Quş kimi göydə uçar yerdəkilər

Bizi gönmüş yerə minbərdəkilər".

Jurnalist Anar Kəlbiyev isə kişi və qadınların şort geyinməsinə normal baxır. Söyləyir ki, burda qəbahət bir şey yoxdur:

"Mən özüm əsasən də rayonlara istirahə gedən zaman şort geyinirəm. Gündəlik olaraq geyinməsəm də, geyinənləri qınamıram. Hər kəsin sərbəst geyinmək hüququ var. Qadın və kişi fərqi yoxdur. İnsanı geyimlə dəyərləndirmək düzgün yanaşma deyil".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Media və Yayım Şurası yaradıldı
13:01 07.08.2026
Media və Yayım Şurası yaradıldı
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
12:57 07.08.2026
Hansı hallarda vəkil xidmətinin pulunu dövlət ödəyir? – Qanun nə deyir?
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:51 07.08.2026
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
12:32 07.08.2026
Telefonun yaddaşını dolduran görünməz fayllar – İT mütəxəssisi nə etməyi tövsiyə edir?
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
12:14 07.08.2026
Həftəsonu bu bürclərin planları alt-üst ola bilər - Astroloji proqnoz
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
11:52 07.08.2026
Bakıda vəzifəli şəxsin meyiti tapıldı
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
11:47 07.08.2026
Əməkhaqqından pensiyayadək: Hansı peşələrə xüsusi güzəştlər tətbiq olunur?
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
11:29 07.08.2026
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edildi - VİDEO
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
11:21 07.08.2026
Yelo Bank-dan ilk kreditə özəl 1% endirim və 0% komissiya kampaniyası!
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
11:19 07.08.2026
"Doğum turizmi" niyə bu qədər populyardır? – Xaricdə doğulan uşaqların imtiyazları
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
11:06 07.08.2026
Kartdan-karta köçürmələrlə bağlı vacib açıqlama – Məhdudiyyət kimlərə şamil olunur?
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
11:01 07.08.2026
Kolleclərə qəbul olmaq istəyənlərin diqqətinə – İxtisas seçimi başlayır
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10:59 07.08.2026
Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
10:42 07.08.2026
10 min manat maaş təklif olunur: Azərbaycanda işçi axtarılır
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
10:36 07.08.2026
“Azəristiliktəchizat”dan sakinlərə XƏBƏRDARLIQ
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb
10:29 07.08.2026
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb