Azərbaycan və Türkiyə cari ilin oktyabrın sonunda KİV sahəsində əməkdaşlıq üzrə hökumətlərarası saziş imzalayacaq. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
“KİV sahəsində əməkdaşlıq üzrə Azərbaycan - Türkiyə hökumətlərarası sazişi 28-30 oktyabr tarixlərində Bakıda keçiriləcək türkdilli dövlətlərin ikinci media-forumu çərçivəsində imzalanacaq”, - deyə Ə.Amaşov bildirib.Onun sözlərinə görə, forumda dünyanın 100 dövlətindən 300-dən çox nümayəndənin iştirakı gözlənilir.Bundan başqa, forumun işində Azərbaycanın hökumət nümayəndələri iştirak edəcək.Türkdilli dövlətlərin birinci media-forumu 2010-cu ilin 21-22 dekabr tarixlərində Ankarada keçirilib.