Ukraynada Euromaydan aksiyalarında müxalifət tərəfdarlarının könüllüsü kimi iştirak edən azərbaycanlı Yusif Mirişov itkin düşüb.
AZXEBER.COM Türkəl TV-yə istinadən xəbər verir ki, Euromaydan hərəkətının mətbuat xidməti onun itkin düşməsinə dair xüsusi məlumat hazırlayaraq ölkə ictimaiyyətinə müraciət edib və yerini bilənlərdən məlumatda qeyd olunan telefon nömrələri vasitəsilə əlaqə saxlanılması xahiş olunub. Məlumatda bildirilir ki, Yusif Mirişov Kiyevdəki Azadlıq Maydanı ətraflnda itkin düşüb.
Onun 48-49 yaşlarında olduğu güman edilir. Məlumatda Y.Mirişovun fotosu da yerləşdirilib. Sonuncu dəfə onu görən şəxs Vova Tomaşevski bildirib ki, Yusif Mirişovun üzərində könüllülərin xüsusi geyim formaları olub və onun Berkut xüsusi təyinatlıları tərəfindən naməlum istiqamətə aparıldığını güman edir.
Xatırladaq ki, Euromaydan hadisələri zamanı, yəni yanvarın 18-dən indiyə qədər aktivistlərdən 27 nəfər itkin düşüb, 116 nəfər həbs edilib, 6 nəfər öldürülüb, 2000 nəfər isə yaralanıb.