Kiyevdən dəhşətli kadrlar: "Sağ çıxacağıma inanmırdım" - VİDEO

Kiyevdən dəhşətli kadrlar: "Sağ çıxacağıma inanmırdım" - VİDEO
SOSİAL
00:43 03.07.2026
172
İyulun 2-də Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.

Əsasən ballistik raketlərin istifadə olunduğu zərbələr nəticəsində paytaxtın mərkəzi Peçersk rayonu da daxil olmaqla, bir sıra ərazilərdə ciddi dağıntılar qeydə alınıb. Baş vermiş faciə ilə əlaqədar iyulun 3-ü Kiyevdə matəm günü elan olunub.

Paytaxtla yanaşı, Dnepropetrovsk, Çerniqov, Sumı və Xarkov vilayətləri də hücumlara məruz qalıb. İlkin məlumatlara görə, Rusiya ordusu həmin gün ölkə ərazisinə 600-ə yaxın müxtəlif tipli dron və 60-a yaxın ballistik raket atıb. Ukrayna Silahlı Qüvvələri həmin vasitələrin əksəriyyətinin zərərsizləşdirildiyini bildirib.

Hücumun dəhşətlərini yaşayan Kiyev sakinlərindən biri Baku TV-yə açıqlamasında yaşadığı qorxu dolu anları bölüşüb: "Gecə yatmışdıq, qəfil hücum başladı. Nə baş verdiyini anlamadım. Raketlər ard-arda uçmağa başladı və güclü partlayış səsləri qopdu.

Möcüzə nəticəsində dəhlizə keçə bildim. Qapını aça bilmirdim, sonda xilasedicilər gəlib məni oradan çıxardılar. Sağ çıxacağıma inanmırdım, əsas odur ki, sağam".

Son məlumatlara əsasən, hücum nəticəsində 20-yə yaxın insan həyatını itirib, yüzlərlə zərərçəkən var.

OXŞAR XƏBƏRLƏR