İyulun 2-də Ukraynanın paytaxtı Kiyev yenidən kütləvi raket və dron hücumlarına məruz qalıb.
Paytaxtla yanaşı, Dnepropetrovsk, Çerniqov, Sumı və Xarkov vilayətləri də hücumlara məruz qalıb. İlkin məlumatlara görə, Rusiya ordusu həmin gün ölkə ərazisinə 600-ə yaxın müxtəlif tipli dron və 60-a yaxın ballistik raket atıb. Ukrayna Silahlı Qüvvələri həmin vasitələrin əksəriyyətinin zərərsizləşdirildiyini bildirib.
Hücumun dəhşətlərini yaşayan Kiyev sakinlərindən biri Baku TV-yə açıqlamasında yaşadığı qorxu dolu anları bölüşüb: "Gecə yatmışdıq, qəfil hücum başladı. Nə baş verdiyini anlamadım. Raketlər ard-arda uçmağa başladı və güclü partlayış səsləri qopdu.
Son məlumatlara əsasən, hücum nəticəsində 20-yə yaxın insan həyatını itirib, yüzlərlə zərərçəkən var.











































