Klintonun məğlubiyyəti, Putinin qələbəsi

Klintonun məğlubiyyəti, Putinin qələbəsi
KÖŞƏ
13:26 09.11.2016
3918
Zahid Oruc, millət vəkili
KLİNTONUN MƏĞLUBİYYƏTİ,PUTİNİN QƏLƏBƏSİ
 
Bir neçə gün öncə İspaniyanın nəşrlərindən biri Donald Trampın Putinə telefon açaraq onun prezident seçkilərini qazanmasından sonra Klintonun gələcək taleyi haqqında xəyali bir söhbət qurmuşdular. Gerçəkliyə yaxın görünməsə də hər iki prezident birgə qələbəsini qeyd edərək rəqiblərini "tonqalda yandırmaq" istəyirdilər.
 
Deyəsən,ispan münnəcimlərinin lətifə olaraq düzüb-qoşduqları hekayə doğru çıxır. Bir il altı ay davam edən seçki kampaniyasında baş verən bütün fatal hadisələrə baxmayaraq,Tramp ona qarşı işləyən dövlət maşınını məğlub etdi. Lakin onun rəqiblərinin Hitler adlandırdıqları Putinin marionet təmsilçisi kimi Amerika seçkilərinə qatılan Trampı aşağılamaq istəmələri nəticə vermədi. Deməli,dünyada Trampa rəsmi Ağ Evin və Klinton komandasının təbliğatı özünə böyük tərəfdarlar qazanmadı.
 
Nəticədə Rusiyada və dünyanın onlarla ölkəsində rəy sorğularında öndə olan şəxs qalib gəldi. Bunu Putinin qələbəsi adlandırmağın əleyhinə olanlar yenə də ABŞ sisteminin insan faktorundan asılı olmadığı arqumentini irəliyə sürəcəklər.Lakin reallıq bununla dəyişməyəcək-Putinə nifrət Amerikada qalib gəlmədi. Hər iki Obama bütün dövlət resurslarını rəqiblərinin əleyhinə çevirəsələr də,hətta az qala Federal Kəşfiyyat Bürosunun rəhbəri Kameyi Rusiyanın xeyrinə casusluqda günahlandırsalar da, Putinin Ağ Ev üzərindəki kölgəsini yox edə bilmədilər.
 
Kiberhücumlar Moskvanın qələbəsinə səbəb oldu. İndi Yaxın Şərqdən Qafqaza,Afrikadan Asiyaya qədər böyük bir məkanda baş verən fəlakətlərin durdurulması mümkün olacaqmı-bunu yaxın gələcək göstərcək.Lakin Amerikada siyasi zəlzələlər törədiləndə dünyada nizamın pozulmadığı dəfələrlə üzə çıxıb. Tramp kimin taleyini təkrarlayacaq-Reyqanın,Buşun, yoxsa Kennedinin? Amerika xalqının hüzur və əminamanlığını istəyən hər kəs yeni prezidentdən təmsil etdiyi dövlətin ədaləti və sülhü simvolizə etməsini arzulayır.Seçkilərdə bütün namizədlərə nifrətini və hiddətini ifadə edən milyonlarla insanıın üzərinə dünyadakı antiamerikanistləri də gəlsək, Trampın qlobal missiyasını anlamaq o qədər də çətin olmayacaq.
 
Amerika təkcə amerikalıların deyil. Tramp yalnız bir ölkəni təmsil etmir. Ona görə də seçki qələbəsini idarəçilikdə doğrultmaq hələ zaman tələb edir. İnaqurasiyada and içəndən sonra yeni prezidentin çiyinlərinə düşən yük onu dünyanın gözü qarşısında büsbütün dəyişəcək. Bax onda,seçki çıxışlarını çoxları xatırlamayacaq!
 
Trampın 6 milyard kapitala malik olması məşhur aforizmin əbədiyaşar gücünü göstərir-qızıl kimdədirsə, qızıl qanun da ondadır!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Goranboyda yük və minik avtomobilləri toqquşub
06:05 11.07.2025
Goranboyda yük və minik avtomobilləri toqquşub
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO