Klopp Almaniya yığmasının baş məşqçisi olacaq

Klopp Almaniya yığmasının baş məşqçisi olacaq
SOSİAL
14:41 05.07.2026
299
Almaniyalı mütəxəssis Yurgen Klopp futbol üzrə Almaniya millisinə rəhbərlik edəcək.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, uzunmüddətli müqavilənin detalları hələ müzakirə olunur, lakin prinsipial qərar qəbul edilib.

Daha əvvəl Yulian Naqelsmann Almaniya millisinin baş məşqçisi postunu tərk edib.

Əvvəllər 59 yaşlı Klopp "Liverpul"u çalışdırıb. O, 2015-ci ildən 2024-cü ilə qədər komandaya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2019-cu ildə Çempionlar Liqasının qalibi olub, 2020-ci ildə isə 30 il ərzində ilk dəfə İngiltərə çempionu olub. Bundan əlavə, "Liverpul" 2022-ci ildə İngiltərə Kubokunu və Superkubokunu qazanıb, Liqa Kubokunun sahibi olub, 2019-cu ildə UEFA Superkubokunu və klublararası dünya çempionatını qazanıb, 2024-cü ildə isə yenidən İngiltərə Liqa Kubokunun qalibi olub. 2019 və 2020-ci illərdə Klopp Beynəlxalq Futbol Federasiyasının versiyasına görə ən yaxşı məşqçi seçilib.
OXŞAR XƏBƏRLƏR