Klublarımızın avrokuboklardakı rəqibləri məlum olur

Klublarımızın avrokuboklardakı rəqibləri məlum olur
İDMAN
11:42 24.06.2013
1215

Bu gün İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da 2013/2014 mövsümü üçün UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq.

Trend-in məlumatına görə, bu turnirdə Azərbaycanı təmsil edəcək paytaxtın "Neftçi" klubu mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Son Azərbaycan çempionu səpələnmişlər səbətində yer alıb.

I təsnifat mərhələsinin iştirakçıları - səpələnmişlər: "Streymur" (Farer adaları), "Tre Penn" (San Marino); səpələnməmişlər: "Lusitanos" (Andorra), "Şirak" (Ermənistan)

II təsnifat mərhələsinin iştirakçıları: - səpələnmişlər: BATE (Belarus), "Seltik" (Şotlandiya), "Styaua" (Rumıniya), "Viktoriya" (Çexiya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Partizan" (Serbiya), "Legiya" (Polşa), "Şerif" (Moldova), "Maribor" (Sloveniya), "Slovan" (Slovakiya), "Elfsborq" (İsveç), "Makkabi" (Təl-Əviv, İsrail), "Molde" (Norveç), HJK (Finlandiya), "Ekranas" (Litva), "NEFTÇİ" (Azərbaycan), "Dinamo" (Tbilisi, Gürcüstan); səpələnməmişlər: "Jelezniçar" (Bosniya və Herseqovina), "Hafnarfyordur" (İslandiya), "Qyor" (Macarıstan), TNS (Uels), "Ludoqorets" (Bolqarıstan), "Sliqo Rovers" (İrlandiya), "Şaxtyor" (Qazaxıstan), "Skenderbeu" (Albaniya), "Birkirkara" (Malta), "Kliftonvill" (Şimali İrlandiya), "Vardar" (Makedoniya), "Dauqava" (Latviya), "Sutyeska" (Monteneqro), "Nomme Kalyu" (Estoniya), "Fola" (Lüksemburq), I təsnifat mərhələsinin 2 qalibi

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları 2-3 və 9-10 iyul, II təsnifat mərhələsinin görüşləri isə 16-17 və 23-24 iyul tarixlərində keçiriləcək.

Bu gün Nyonda, həmçinin 2013/2014 mövsümü üçün UEFA Avropa Liqasının I və II təsnifat mərhələlərinin püşkü atılacaq. Azərbaycanı Avroliqada 3 komanda - "Qarabağ", "İnter" və "Xəzər Lənkəran" klubları təmsil edəcəklər. Hər üç klubumuz mübarizəyə I təsnifat mərhələsindən start verəcəklər. Komandalarımız püşk zamanı səpələnmişlər səbətində yer alacaqlar. Qitənin nüfuzuna görə ikinci dərəcəli klub turnirinin ilkin mərhələsində 76 klub mübarizə aparacaq. Avroliqanın I təsnifat mərhələsinin oyunları 4-11 iyul, II təsnifat mərhələsinin görüşləri isə 18-25 iyul tarixlərində keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib