Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”

Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
SİYASƏT
14:32 05.10.2026
209
"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı çıxışında Zəfərdən sonrakı mərhələnin və yeni dövlətçilik gündəliyinin müəyyənləşdirilməsi ilə bağlı mühüm mesajlar səsləndirilib".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva Prezident İlham Əliyevin YAP-ın 8-ci qurultayında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 
 
Millət vəkili bildirib ki, dövlət başçısının çıxışında Azərbaycanın qarşısında duran yeni vəzifələrə xüsusi diqqət yetirilib:

"2003-cü ildə Prezident seçilərkən qarşıya qoyulan əsas vəzifələrdən birinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olduğunu xatırladan cənab Prezident bu məqsədə nail olunduğunu bəyan etdi. Bildirdi ki, uzun illər Azərbaycanın siyasi gündəliyində xüsusi yer tutan ərazi bütövlüyü məsələsinin artıq yeni reallıqda qiymətləndirilməsi üçün zəmin yaranıb. Belə ki, 44 günlük müharibədə əldə etdiyimiz Zəfər yeni mərhələnin başlanğıcıdır. Əsas məsələ budur ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Təbii ki, bu, asan başa gəlməyib. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "bu illər ərzində çox ciddi müqavimətlə üzləşmişdik. Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Bizə qarşı sanksiyaların tətbiq edilməsi məsələsini bəzi ölkələr ciddi müzakirə edirdi. Ancaq bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir"".

Könül Nurullayeva vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası ilə qarşıda yeni vəzifələr yaranıb:

"Ərazi bütövlüyü və suverenliyin bərpası ilə yeni vəzifələr yaranıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin qayıdışı, regionun iqtisadi potensialının reallaşdırılması, Azərbaycanın nəqliyyat və enerji layihələrində rolunun artırılması bu yeni mərhələnin mühüm istiqamətlərini təşkil edir”.

Deputatın sözlərinə görə, dövlət başçısının çıxışında digər mühüm istiqamət milli təhlükəsizlik və hərbi gücün davamlı şəkildə möhkəmləndirilməsi ilə bağlı olub:

"Cənab Prezidentin çıxışında digər mühüm istiqamət milli təhlükəsizlik və hərbi gücün davamlı şəkildə möhkəmləndirilməsi ilə bağlı idi. Dövlət başçısı qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücün artırılması olduğunu bildirdi. Xüsusilə dəyişkən beynəlxalq təhlükəsizlik mühiti fonunda bu mesaj xüsusi əhəmiyyət kəsb edir.

Dövlət başçımızın da söylədiyi kimi, ‘perimetr üzrə bizim ətrafımızda müharibələr, toqquşmalar davam edir və bu müharibələrin dayandırılması üçün heç bir beynəlxalq mexanizm yoxdur və yəqin ki, olmayacaq. Çünki beynəlxalq hüquq tamamilə sıradan çıxıb. Ona əhəmiyyət verənlərin sayı kəskin azalır. Ona görə biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək. Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək’”.

O qeyd edib ki, yeni mərhələ Azərbaycan qarşısında yeni məsuliyyətlər də yaradır:

"Bu xüsusda yeni mərhələ yeni məsuliyyət tələb edir. Ərazi bütövlüyü və suverenlik bərpa edildikdən sonra qarşıda daha güclü iqtisadiyyat, daha dayanıqlı təhlükəsizlik sistemi, daha fəal xarici siyasət və yeni regional əməkdaşlıq imkanları üzərində qurulan inkişaf gündəliyi dayanır”, – deyə deputat bildirib.

Könül Nurullayeva, həmçinin müasir dövrdə ideoloji risklərin yaratdığı çağırışlara diqqət çəkib.

"Dövlət başçısı həmçinin ideoloji risklərin sərhəd tanımadığını da bəyan etdi. ‘İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq’ deyən Prezident İlham Əliyev diqqəti müasir dövrdə təhlükəsizlik anlayışının transformasiyasına yönəltdi.

Bu günün reallığı ondan ibarətdir ki, XXI əsrdə dövlətin sərhədini qorumaq qədər, onun vətəndaşının düşüncə müstəqilliyini, informasiya təhlükəsizliyini və milli kimliyini qorumaq da strateji əhəmiyyət daşıyır.

Bu mübarizənin ən güclü vasitələri isə keyfiyyətli təhsil, sağlam informasiya mühiti, milli dəyərlərə bağlılıq və müasir texnologiyalardan məsuliyyətli istifadədir. Cənab Prezident bu xüsusda yeni vəzifələr müəyyənləşdirdi”.
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
16:00 05.10.2026
“Cahan Holdinq” marketinq rəhbərliyi Müşviq İskəndərova həvalə etdi
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri