"Könüllülərlə daim əlaqədəyik" - Elçin Səfərov

"Könüllülərlə daim əlaqədəyik" - Elçin Səfərov
İDMAN
16:31 05.12.2017
1328
Hər bir könüllü bir başa müraciət edə bilər

Salam, iki böyük idman bayramlarından sonra əhvalınız necədir?

- Təşəkkür edirəm, sağ olun. Son dörd il ərzində ölkəmiz üçün cox əhəmiyyətli tədbirlərin keçirilməsi və burada yaxından iştirak etmək qürurvericidir. Əhvalım cox yaxşıdır və hamıya xoş əhval arzu edirəm.

Siz həm Birinci Avropa, həm də İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin direktoru idiniz. Oyunlar haqqında çoxlu deyilməyən və yazılmayan məlumatlarınız var..

- Bəli, təsdiq edirəm ki, hələ təşkilati məsələlərlə bağlı az danışmışıq. Lakin mən xoş təəssüratlarımı oxucularla bölüşməyə hazıram. Hər şey asan başa gəlməyib. Əvvəlcə kadr problem yaşadıq. Coxlu xarici mütəxəssislər dəvət etdik, onların təcrübəsini öyrəndik və artıq İslam Həmrəyliyi Oyunlarında buna cox az ehtiyac duyduq. İkinci böyük çətinlik idman obyektlərinin standartlaşdırılması oldu. Düzdür, yeni tikilməkdə olan yarış məkanları tam bizim tələblərə cavab verirdisə köhnələrdə müəyyən dəyişikliklər etmək lazım gəldi. Bizim üçün ən riskli məsələlərdən biri də nəqliyyat idi. Eyni gündə bir neçə məkanda yarış getməli idi, atletlər, qonaqlar, texniki heyət, rəsmilər, tamaşaçılar isə vaxtdı vaxtında nəqliyyatla təmin olunmali idilər…işimiz dogrudan da çətin idi….

Bəs necə oldu ki, hamı – istər Bakı sakinləri, qonaqlar, idmançılar razı qaldı ? Uğurun əsas səbəbi nə idi?

- Komanda! Doğru komandanın təşkil olunması və təlimatlara riayət etmək! Bu əsas iki şərt idi.

Deyilənə görə Siz şəxsən bütün işçiləri özünüz müsahibədən keçirmisiz. Təxminən neçə nəfər işlə təmin olunmuşdu?

- Avropa Oyunlarında 2500 , İslam Həmrəyliyi Oyunlarında isə 1800 nəfəri şəxsən tanış olduqdan sonra əmək müqaviləsini imzalamışam. Məqsədim hər bir namizədin daxilindəki auranı bilmək, Oyunların əhəmiyyəti haqda fikirlərini dinləmək, birbaşa dialoqa açıq olmaq, komanda iş prinsipini əsas gətirmək idi. Bizdə dedi- qodu və ya qeybət eləməyə nə həvəs nə də vaxt var idi. Beynəlmiləl bir komanda yaratmaq və müxtəlif adət və ənənələrin qaynadığı bir komanda ilə məsuliyyətli yarış keçirmək asan məsələ deyildi.

Onu da bilirik ki, Siz könüllürin sevimlisi, rəsmi səfiri və müdafiəçisi olmusuz….

- Bu haqda saatlarla danışa bilərəm. Oyunlara təxminən bir il qalmış qeydiyyat başlanır, sonra seçim, sonra təlimlər…Bu da cox çətin bir işdir. Axı könüllü ilə bizi heç nə bağlamırdı – yalnız inam. Biz ilk gündən hamını inandırırdıq ki, siz burada inanılmaz təcrübə, dostlar, peşə, ənənlərə sahib olacaqsız. Belə də oldu. İndi ölkəmiz daha bir sərvəti ilə fəxr edə bilər – o da onun könüllülər ordusudur.

İlk könüllü mahnısının da sözlərini Siz yazdız…

- Bu təsadüf oldu…Könüllülərlə işləyən şöbənin münasib mətn axtardığını eşitdim və çalışdım ki, onaların tam ruhunu oxşayan sözləri bədii ifadə edim. Hörmətli Tünzalə xanım da buna çox gözəl, ritmik bir mahnı yazdı. Bildiyimə görə bəyənilib.

Hal-hazırda hansı işlərlə məşğulsuz?

- Gənclər və İdman nazirliyi nəznində yeni yaradılmış çox funksiyalı əməliyyat komitəsinə rəhbərlik edirəm. İslam Həmrəyliyi Oyunlarından qalmış avadanlıqların aidiyyyəti üzrə paylanması, qorunması və növbəti tədbirlər üçün yararlı vəziyyətdə saxlanmasını təmin edirik. Ölkədə baş verən istənilən tədbirə yardım etməklə bərabər vahid komanda şəklində fəaliyyət göstəririk.

Könüllülərlə görüşünüz olurmu ?

- Könüllülərlə daim əlaqədəyik və onların arzusu ilə tədbirlər hazırlamaq fikrindəyik. İdmanın təbliğatı, asudə vaxtının təşkilində çox maraqlı fikirlərimiz var. Hər bir könüllü mənə şəxsən müraciət etmək hüququ var. Mən də qulaq asıb hər birinə imkan daxilində kömək etmək istəyindəyəm. Onlara əsil dostluğu belə sübut edirik.

Hər bir könüllünü, ailəsini, təhsil yoldaşını Könüllülər günü münasibətilə təbrik edirəm, həmişə belə fəal və vətənə xidmət etmək niyyətində olmağı arzu edirəm.

Elçin müəllim sizə işlərinizdə uğurlar arzu edirik və yeni layihələrdə görüşmək üzrə deyirik.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
18:27 05.10.2026
Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanan yeniyetmə vəfat edib
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib
18:18 05.10.2026
BƏƏ 17 iranlı məhbusu Tehrana təhvil verib