Kobaxidze: Gürcüstanda beşinci “Maydan” cəhdi uğursuz oldu

Kobaxidze: Gürcüstanda beşinci “Maydan” cəhdi uğursuz oldu
DÜNYA
12:52 05.10.2025
610
"Gürcüstanda ötən gün beşinci "Maydan”a cəhdi uğursuzluğa düçar oldu. Ölkədə iğtişaş yaratmaqla bağlı istənilən cəhdlərin qarşısı alınacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq”.

AZXEBER.COM xəbəri verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
 
Onun sözlərinə görə, "milli hərəkatçı”lar artıq beşinci dəfə hakimiyyəti devirməyə, iğtişaşlar yaratmağa cəhd göstəriblər.

"Ötən gün dövlət bu cəhdlərə layiqli cavab verdi. Bizim seçicilərimiz qarşısında ölkədə sağlam, demokratik siyasi sistemin formalaşdırılması üçün kollektiv "milli hərəkatı” və xarici agenturanı tamamilə neytrallaşdırmaq kimi məsuliyyətimiz var”, - Baş nazir söyləyib.

İ.Kobaxidze qeyd edib ki, bir çox insan dövlətə və hüquq-mühafizə orqanlarına qarşı zorakılığa görə sərt şəkildə cəzalandırılacaq.

Xatırladaq ki, ötən gün Tbilisidə müxalifətin təşkilatçılığı ilə mitinq keçirilib. İştirakçılar Prezident sarayına hücum edərək iqamətgahın ərazisinə daxil olublar. Əraziyə əlavə polis qüvvələri cəlb olunub. Tərəflər arasında baş vermiş toqquşmalar nəticəsində 6 etirazçı və 32 polis əməkdaşı xəsarətlər alıb.

Mitinqin beş əsas təşkilatçısı - Vahid Milli Hətəkat Partiyasının üzvü İrakli Nadiradze, partiyanın siyasi şurasının üzvü Murtaz Zodelava, Laşa Beridze, "Ağmaşenebeli strategiyası” partiyasının baş katibi Paata Mancqaladze və "Rustaveli prospekti” hərəkatının lideri Paata Burçuladze saxlanılıb. Onlar Gürcüstanda hakimiyyətin devrilməsinə çağırışlar etməkdə və qrup halında zorakılığın təşkilatçılığında təqsirli bilinirlər. Bu cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunur.
 
\APA 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
15:30 18.09.2026
Döyülən yeniyetmə süni tənəffüs aparatına qoşuldu - TƏBİB
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
15:04 18.09.2026
Yeni mənzil axtaranlar üçün Sumqayıtdan fürsət: 12 000 manatdan başlayan ilkin ödəniş
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
14:55 18.09.2026
Binəqədidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR
Həftəsonunun ən şanslı 4 bürcü
14:40 18.09.2026
Həftəsonunun ən şanslı 4 bürcü
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
14:23 18.09.2026
Cümə namazı vaxtı partlayış - 15 ölü, 50 yaralı
Pezeşkian ABŞ-yə gedir
14:07 18.09.2026
Pezeşkian ABŞ-yə gedir
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi
13:59 18.09.2026
Dövlət Suverenliyi Günü – Azərbaycanın dövlətçilik tarixinin mühüm səhifəsi