Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kodzo Taşima FIFA-nın rəhbəri postuna namizədliyini açıqlayıb.
Bu barədə "Gekisaka" portalı məlumat yayıb.
Taşima qərarını Tokioda keçirdiyi mətbuat konfransında elan edib.
FIFA prezidentinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək. Namizədlərin müraciətləri noyabrın 18-dək qəbul olunacaq. Hazırda beynəlxalq futbol qurumuna isveçrəli Canni İnfantino rəhbərlik edir.
Kodzo Taşima namizədliyini irəli sürməsinin əsas səbəbi kimi 2026-cı il dünya çempionatı ətrafında yaranan iki mübahisəli hadisəni göstərib. Bunlardan biri ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğv edilməsi, digəri isə ABŞ-nin İran millisinin ölkəyə girişinə məhdudiyyət tətbiq etməsidir.











































