Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyat müddəti uzadılmayacaq. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər. Komissiyanın məlumatına görə, 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı sabah saat 17:00-da başa çatır. Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.