Kollecə qəbul olanlar bu xəbəri oxusun

Kollecə qəbul olanlar bu xəbəri oxusun
Bütün Xəbərlər
17:35 05.09.2013
1032

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər üçün qeydiyyat müddəti uzadılmayacaq.  Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildiriblər. Komissiyanın məlumatına görə, 2013-2014-cü tədris ili üçün ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisəsində qeydiyyatı sabah saat 17:00-da başa çatır. Həmin vaxta qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onların qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

OXŞAR XƏBƏRLƏR