Komitə sədri: Naxçıvanda mülki obyektlərin vurulması açıq terror aktıdır

Komitə sədri: Naxçıvanda mülki obyektlərin vurulması açıq terror aktıdır
SİYASƏT
17:25 06.03.2026
761
Xəbər verdiyimiz kimi, Azərbaycan İranda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin əməkdaşlarını ölkədən çıxarmağa başlayıb. Qərara əsasən, Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunda çalışan diplomatik heyətin evakuasiyası həyata keçirilir. Hazırda proseslə bağlı müvafiq tədbirlər görülür və bu istiqamətdə işlər davam etdirilir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev AZXEBER.COM-a açıqlamasında deyib ki, İranın Naxçıvanı vurması molla rejiminin nankorluğunun göstəricisidir:

"İranın Naxçıvanı vurması molla rejiminin riyakarlığının və nankorluğunun göstəricisidir. Bu addım beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət isə daim qonşuluq prinsiplərinə sadiq qalıb. Azərbaycanın ərazisindən heç bir ölkəyə qarşı təhlükə yaranmayıb. Azərbaycan heç vaxt ikili və riyakar siyasət yürütməyib. Dövlətimizin əsas prinsipi ərazi bütövlüyünün və suverenliyinin qorunması, həmçinin vətəndaşlarımızın rifahının təmin olunmasıdır. Naxçıvan ərazisində mülki obyektlərin hədəf alınması isə açıq şəkildə terror aktıdır”.

Parlamentari qeyd edib ki, Naxçıvan ərazisinin vurulması təsadüfi deyil:

"Naxçıvanın hədəf seçilməsi onun coğrafi mövqeyi ilə bağlıdır. Naxçıvan Azərbaycanın əsas ərazisindən ayrı düşən bölgədir və üç ölkə -Azərbaycan, Türkiyə və İran ilə həmsərhəddir. Buna görə də Naxçıvan regionun ən həssas nöqtələrindən biri hesab olunur. Naxçıvan Azərbaycan və Türkiyə arasında quru sərhəd vasitəsilə Bakı-Ankara strateji xəttinin mühüm hissəsidir. Eyni zamanda, Naxçıvan mühüm logistik infrastruktura malikdir. Buradakı hava limanı regiona həm hərbi, həm də humanitar yüklərin çatdırılması baxımından əhəmiyyətli imkanlar yaradır”.

Səfirliyin geri çağrılması Azərbaycanın İrandakı diplomatik fəaliyyətini tam dayandırması demək deyil:

"Diplomatik nümayəndəliklərin təhlükəsizliyi hər bir dövlət üçün son dərəcə mühüm və prioritet məsələdir. Azərbaycanın Tehrandakı səfirliyi və Təbrizdəki Baş konsulluğunun evakuasiyası ilə bağlı hazırlıq tapşırıqlarının verilməsi də məhz bölgədə təhlükəsizlik vəziyyətinin gərginləşməsinin nəzərə alınması ilə bağlıdır. Belə qərarlar adətən operativ risk qiymətləndirilməsi əsasında qəbul edilir. Müharibənin davam etməsi ciddi problemlər yarada bilər. Bu addımın əsas məqsədi diplomatik heyətin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsidir. Lakin bu, Azərbaycanın İrandakı diplomatik fəaliyyətini tam dayandırması demək deyil. Sadəcə, mövcud şəraitdə ölkəmiz təhlükəsizlik məsələlərinə üstünlük verir. Regionda vəziyyət sabitləşdikdən və İran-Azərbaycan münasibətləri çərçivəsində müvafiq danışıqlar aparıldıqdan sonra diplomatik nümayəndəliklərin fəaliyyəti yenidən bərpa oluna bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
16:05 17.09.2026
Azərbaycan xalqının tarixi zəfəri: Birlik, fədakarlıq və ədalət
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR
16:04 17.09.2026
Prezident Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR
Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB
15:40 17.09.2026
Universitetdən xaric olundu, hərbi xidmətə çağırılacaq? – RƏSMİ CAVAB
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
15:20 17.09.2026
Bizon “13 həftə, 13 avtomobil” lotereyasını uğurla yekunlaşdırdı – 13 qalib avtomobilinə qovuşdu
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
15:15 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
15:10 17.09.2026
Şəmkirdə illər əvvəl törədilən qətlin TƏFƏRRÜATLARI
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
15:08 17.09.2026
ADMİU-dan xaric edilən tələbə: “Təhsilimi davam etdirmək istəyirəm” - VİDEO
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
15:03 17.09.2026
Bakıda 4 nəfər son anda ölümdən döndü - VİDEO
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
14:46 17.09.2026
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı oldu
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
14:35 17.09.2026
Lionel Messi yenə tarix yazdı – 48-ci kubokunu qazandı
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
14:30 17.09.2026
"Birgə səylərimizlə TDT-ni aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq"
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
14:30 17.09.2026
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış oldu
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
14:29 17.09.2026
Azərbaycan Prezidenti: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
14:12 17.09.2026
Xəzər və Yasamal rayonlarında oğurluq edənlər saxlanıldı
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
14:00 17.09.2026
Tələbə universitetdən xaric edildi – Dünyada belə hallarda hansı tədbirlər görülür?
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
13:51 17.09.2026
Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır