Komitə sədri: "Qəmbər Hüseynlinin məzarının yeri dəyişdirilməyəcək"

Komitə sədri: "Qəmbər Hüseynlinin məzarının yeri dəyişdirilməyəcək"
MƏDƏNİYYƏT
18:02 28.07.2020
2089
Tanınmış teatrşünas Anar Bürcəliyev və Gəncədən bir neçə başqa ziyalı Milli Məclisin Mədəniyyət komitəsinin sədrinə müraciət edib.

Komitə sədri Qənirə Paşayeva AZXEBER.COM-a bildirib ki, müraciətdə Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Qəmbər Hüseynlinin Gəncədə qəbirüstü abidəsinin yerləşdiyi ərazinin hasara alındığı, məzarın ərazidən köçürüləcəyi və yerində çoxmərtəbəli bina tikiləcəyi ilə bağlı xəbərlərdən narahatlıq ifadə edilib.

Q. Paşayeva Mədəniyyət komitəsi adından əlaqədar orqanlara, o cümlədən Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramova rəsmi müraciət göndərib: "Ölməz "Cücələrim"-in müəllifi Qəmbər Hüseynlinin qəbirüstü abidəsinin yerləşdiyi ərazidə ziyalıların da bildirdiyi kimi, çoxmərtəbəli yaşayış binası deyil, tam əksinə tematik bir parkın olmasının qədim Gəncəmiz, bütövlükdə ölkəmiz üçün daha önəmli olması ilə bağlı fikirlərimizi də qeyd etdik. Bu gün aldığım məlumata görə, Niyazi müəllim ziyalıların, şəhər sakinlərinin narahatlığına son qoyulacağını bildirib. Eyni zamanda birmənalı şəkildə qeyd edib ki, görkəmli sənətkarın məzarı köçürülməyəcək və ərazidə çoxmərtəbəli bina tikintisinə imkan verilməyəcək. Qəmbər Hüseynlinin məzarı yerində qalmaqla ziyalıların da istəyinə uyğun olaraq, sözügedən ərazidə uşaqlar üçün tematik park yaradılacaq”.

Q. Paşayeva nəzərə çatdırıb ki, ölkə və şəhər əhəmiyyətli məsələlərdə ziyalıların, Gəncə sakinlərinin mövqeyinin dinlənilməsi çox müsbət hadisədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
12:13 23.06.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
12:12 23.06.2026
Azərbaycanda yeni rüsum müəyyənləşir - 2750 manat
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
11:48 23.06.2026
Aeroport yolunda azyaşlı məktəblinin təhlükəli anları - Sürücünü hansı cəza gözləyir?
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
11:45 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar - FOTOLAR
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
11:32 23.06.2026
Mətbəxdəki gizli şəfa mənbələri: Hansı qida hansı ağrıya kömək edir?
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
11:30 23.06.2026
Qumar oyunlarının keçirilməsinə görə cəzalar sərtləşdirilir
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
11:26 23.06.2026
Azərbaycan və Türkmənistan prezidentləri Daşaltı kəndinin fonunda şəkil çəkdirdilər - FOTOLAR
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
11:23 23.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
11:10 23.06.2026
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
SABAH qruplarına müəllim qəbulu elan edildi
11:06 23.06.2026
SABAH qruplarına müəllim qəbulu elan edildi
Bakı zooparkı ləğv olunur
11:03 23.06.2026
Bakı zooparkı ləğv olunur
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
11:02 23.06.2026
"Valideyn uşağa “kukla” kimi yanaşmamalıdır" - Məleykə Abbaszadə
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
11:00 23.06.2026
Prezident həmkarını Füzulidə qarşıladı - Fotolar
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
10:39 23.06.2026
Tərtərdə kultivasiya ilə yetişdirilən 251 ədəd çətənə kolu aşkarlandı
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
10:39 23.06.2026
MRİO-da idman yarışlarının ikinci gün həyəcanı - FOTOLAR
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti
10:31 23.06.2026
Regional əməkdaşlığın yeni üfüqləri: Bakı - Aşqabad xətti