Komitə sədri: “Soçi bəyanatı Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olduğunu göstərir”

Komitə sədri: “Soçi bəyanatı Azərbaycanın qarşısına qoyduğu məqsədlərə nail olduğunu göstərir”
SİYASƏT
14:34 27.11.2021
408
"Ötən gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı üçtərəfli bəyanat ölkəmizin qarşısına qoyduğu məqsədlərə nail olduğunu bir daha göstərir”.

Bunu "Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, Soçi görüşü Azərbaycan-Ermənistan münasibətlərinin qısa müddətdə tənzimlənməsi və açıq qalan sualların cavablandırılması istiqamətində irəli atılan addımdır: 

"Üçtərəfli görüşdən öncə Rusiya və Azərbaycan prezidentləri arasında görüşün baş tutması, Putinin yalnız üçtərəfli görüşdən sonra Paşinyanı qəbul etməsi, Azərbaycan Prezidentinin mövqeyinin hər hansı bir şərt irəli sürülmədən üçtərəfli sənəddə öz əksini tapması onu deməyə əsas verir ki, proseslər ölkəmizin istədiyi istiqamətdə gedir. Bu bir daha onu sübut edir ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olmaqdadır”.

Komitə sədri bildirib ki, ötən gün imzalanmış üçtərəfli bəyanata əsasən, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atacaq və Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiyanın məsləhəti və yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılacaq: 

"Onu da xüsusi qeyd edim ki, bəyanatda "Dağlıq Qarabağ” ifadəsi yer almayıb. Bu isə o deməkdir ki, Rusiya və Ermənistan artıq "Dağlıq Qarabağ” ifadəsindən tamamilə imtina etməyə razılaşıblar. Görüşdə və bəyanatda ermənilərin səsləndirdikləri status məsələsi də yer almayıb. Deməli, status da Prezident İlham Əliyevin söylədiyi kimi, cəhənnəmə vasil olub”.

M.Quliyev xatırladıb ki, bəyanatda Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökumətinin sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulanır: 

"Bu isə Azərbaycanın qarşıya qoyduğu Zəngəzur dəhlizi məsələsinin tezliklə həll olunmasına ümidləri daha da artırır. İkitərəfli və üçtərəfli görüşdə, imzalanmış bəyanatda Rusiya Prezidentinin Azərbaycana müsbət münasibətini hiss edirdik. Putinin mətbuata bəyanatında dəfələrlə dəhliz ifadəsini işlətməsi isə Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən də dəstəkləndiyini ortaya qoyur. Onu da vurğulayım ki, Soçidə Paşinyanın davranışları, kiçik nitqi bir daha onu göstərir ki, artıq öz məğlubiyyəti ilə barışıb. Yəqin ki, müəyyən müddətdən sonra Paşinyan bu məğlubiyyəti ölkəsinin ictimaiyyətinə açıqlamalı olacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
10:38 09.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
10:36 09.10.2026
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
10:34 09.10.2026
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
10:27 09.10.2026
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
10:26 09.10.2026
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR