“Kommersant” nəşri: "İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi"

“Kommersant” nəşri: "İlham Əliyev əvvəl olduğu kimi, yenə müzəffər görkəmdə idi"
SİYASƏT
16:12 27.11.2021
679
Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə azərbaycanlı həmkarından tez gəlmişdi, lakin üçtərəfli danışıqlar başlanana qədər İlham Əliyevdən fərqli olaraq Paşinyanın Rusiya Prezidenti ilə ikitərəfli görüşü baş tutmadı. Ola bilsin bu səbəbdən, üçtərəfli görüşün başlanğıcında Paşinyan barışmaz görünürdü. İlham Əliyev isə əvvəl olduğu kimi müzəffər görkəmdə idi və sərt sakitlik nümayiş etdirirdi.
 
AZXEBER.COM xəbər verir ki, "Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdən aldığı təəssüratları bu nəşrin oxucuları ilə bölüşüb.

Rusiya Prezidenti Vladimir Putinin dediyi "İkinci Qarabağ müharibəsindən sonra keçən bir il ərzində çox iş görülüb, rusiyalı sülhməramlılar və atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Mərkəzi fəaliyyətdədir, ən başlıcası, gələcək normal dinc həyat üçün şərait yaradılır” sözlərini sitat gətirən müəllif yazır: "Vladimir Putin bütün bunları deyərkən həqiqətən Azərbaycan Prezidentinin tərəfində idi və bütövlükdə hər şey onu da qane edirdi, - Nikol Paşinyan haqqında isə bunu demək olmazdı. Müharibədə uduzmuş Paşinyan indi qalib gələnin yanında əyləşmişdi və bunu etməyə bilməzdi”.
 
Jurnalist yazır ki, Nikol Paşinyan görüşdə "kal səslə danışır, sanki içərisindəki faciəli emosiyaları zorla boğurdu”. A.Kolesnikov Paşinyanın "regionda qeyri-sabitlik olması” və "Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulması” barədə dediklərini şərh edərək yazır: "İlk baxışda bu sözlər nə barədəsə razılıq əldə etmək üçün gəlmiş insanın sözləri deyildi. Yaxşı ki, danışıqların digər iki iştirakçısı üçüncü iştirakçının belə vəziyyətdə olmasını əvvəl də görmüşdülər və başa düşürdülər ki, yarım saatdan sonra o, tanınmaz dərəcədə dəyişə bilər. Onun dediyi bütün sözlər alverçi mövqeyi idi və taleyin qismətindən o, həmin mövqeyə düzəliş etməlidir”.

A.Koleskinov sərhədlər mövzusu ilə əlaqədar Prezident Vladimir Putinin dediyi, "bu ilin sonuna qədər iki dövlət arasında sərhədlərin demarkasiya və delimitasiyası üçün mexanizm yaradılması barədə razılıq əldə edilməsi və bu mexanizmlərin yaradılması üçün heç bir maneə olmaması” sözlərini sitat gətirərək bildirir ki, tərəflər arasında razılıq əldə edilib və sərhəd hazırda qoşunların dayandığı xətt üzrə keçəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
10:38 09.10.2026
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyənin deputatları ilə görüşdü
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
10:36 09.10.2026
Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
10:34 09.10.2026
Fərid Qayıbov: Gənclərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edir
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
10:27 09.10.2026
Prezident: MDB siyasi dialoq platforması kimi özünü təsdiqləyib
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR
10:26 09.10.2026
Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında - FOTOLAR