‘Kommunal haqların artırılması məsələsi gündəmdə deyil’ - Tarif Şurası

‘Kommunal haqların artırılması məsələsi gündəmdə deyil’ -  Tarif Şurası
Bütün Xəbərlər
12:53 06.11.2013
933

Azərbaycanda kommunal xidmət tariflərinin artırılması məsələsi hazırda gündəmdə deyil.

 Bu barədə «APA-Economics»ə Tarif (Qiymət) Şurasından məlumat verilib: “Hazırda tariflərin artırılması ilə bağlı Şurada heç bir məsələ müzakirə olunmur”.

Tarif Şurasından bildirilib ki, kommunal xidmətlərin tariflərinin artırılması ilə bağlı müvafiq dövlət təşkilatları olan “Azərenerji” ASC, Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azərsu” ASC-dən quruma heç bir təklif daxil olmayıb.

OXŞAR XƏBƏRLƏR