Konstitusiya gününə həsr olunmuş konfrans təşkil edildi - FOTOLAR

Konstitusiya gününə həsr olunmuş konfrans təşkil edildi - FOTOLAR
Bütün Xəbərlər
21:31 12.11.2012
1107

“Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi “Atatürk” mərkəzində Konstitusiya gününə həsr olunmuş konfrans təşkil edib.AZXEBER.COM-un məlumatına görə,konfrans “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin sədri İlkin Abdiyevin giriş sözü ilə açıq elan edildi. Ardıcıl olaraq konfrans qonaqların Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müstəqilliyin əldə olunmasında üzləşdiyi çətinliklər və Azərbaycanın bugünküinkişafı ilə bağlı çıxışları ilə davametdirildi. Konfransda İctimai Birliyin idarə heyyəti ilə yanaşı,görkəmli tarixçilər, siyasi xadimlər və fəal gənclər də iştirakedib.Qeyd edəkki, “Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi artıq qısa müddətdir ki,fəaliyyətə başlayıb. Bu sahədə gənc təşkilat olmasına baxmayaraq bir neçə lahiyələrə imza atıb. Təşkilatın əsas fəaliyyət istiqamətlərindən biri də gənclərin sosial-rifah halının, elmi-mədəni səviyyəsinin təmin edilməsi yolu ilə müstəqil, hüquqi və demokratik dövlətimizin qüdrətini möhkəmlənməsinə dəstək olmaqdır. Məhz təşkil edilmiş konfrans da buna xidmət edib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR