Konstitusiya Məhkəməsi dünyanın ədalət mühakiməsi orqanlarına müraciət edib

Konstitusiya Məhkəməsi dünyanın ədalət mühakiməsi orqanlarına müraciət edib
SİYASƏT
20:07 17.10.2020
607

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünün bərpası uğrunda işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistan respublikasının silahlı qüvvələrindən azad etmək məqsədilə Azərbaycan ərazisində hərbi əməliyyatlar keçirir”.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin dünya ölkələrinin konstitusiya məhkəmələrinə müraciətində yer alıb.

Müraciətdə qeyd edilir ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində son həftələr ərzində bir sıra şəhər və yaşayış məntəqələri işğaldan azad edilib: "Hərbi əməliyyatlar yalnız beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq aparılır.

Azad edilmiş ərazilərin yerli əhalisinə hər cür yardım göstərilir, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın müdafiə nazirliyinin əsir düşmüş əsgərləri ilə Cenevrə Konvensiyalarının normalarına və əlavə protokollarına uyğun davranır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini tərk etdiyini dərk edən Ermənistanın hərbi-siyasi rəhbərliyi qarşıdurmanın coğrafiyasını genişləndirməyə və müharibə bölgəsindən 60-100 km məsafədə yerləşən Azərbaycanın şəhərlərinə zərbələr endirməyə qərar vermişdir.

Son bir neçə gün ərzində Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və yaşayış məntəqələrində yerləşən mülki obyektlər və yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalmışdır.

Erməni tərəfin təcavüzü çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnmişdir. 27 sentyabr tarixindən etibarən 17 oktyabr tarixinə qədər 60 mülki şəxs həlak olmuş, 271 nəfər yaralanmışdır. Ölənlər və yaralananlar arasında qadınlar və uşaqlar var. Mülki infrastruktura ciddi ziyan dəymişdir.

Bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürüdür.

Beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi hərəkətlərinə görə beynəlxalq hüquqi məsuliyyətini müəyyənləşdirib, tədbirlər görməlidir.

Biz dünyanın bütün konstitusiya nəzarəti orqanlarını, eləcə də bütün beynəlxalq təşkilatlarını, Ermənistan hökumətinin müharibə cinayətlərini qınamağa çağırırıq.

Bəşəriyyətə qarşı yönələn bu cinayətlər haqqında məlumat dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Mütərəqqi beynəlxalq ictimaiyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin faşizm və nasizm siyasətinə açıq surətdə "YOX" deməlidir”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
06:50 12.10.2026
İran naviqasiyası söndürülmüş halda Hörmüzü keçən gəmilərə xəbərdarlıq edib
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
06:38 12.10.2026
İndoneziya sahillərində 5,8 maqnitudalı zəlzələ olub
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
06:23 12.10.2026
Misir-Sudan sərhədində qızıl mədəninə hava zərbəsi endirilib, onlarla mədənçi ölüb
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
06:08 12.10.2026
Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
05:50 12.10.2026
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
05:38 12.10.2026
İraqın baş naziri oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
05:23 12.10.2026
Aİ Ukraynaya raket və PUA alınması üçün əlavə maliyyə ayıracaq
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
05:12 12.10.2026
Magyar: Macarıstan Rusiyadan enerji asılılığını azaltmağı planlaşdırır
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
05:00 12.10.2026
Səudiyyə Ərəbistanı və İran XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
04:48 12.10.2026
Moskvaya uçan 25-dən çox təyyarə ehtiyat aerodromlara yönləndirilib
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
04:36 12.10.2026
Karyerasındakı prinsipləri açıqladı - “Açıq-saçıq geyinmirəm...”
Evini 3,2 milyona satır - Fotolar
04:20 12.10.2026
Evini 3,2 milyona satır - Fotolar
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
04:08 12.10.2026
Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
03:50 12.10.2026
10 ildən çoxdur puldan istifadə etmir: Bunu necə bacardığını açıqladı
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
03:36 12.10.2026
ABŞ Ukraynanı silah tədarükünü dayandırmaqla hədələyib
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var
03:22 12.10.2026
Rusiyanın Ukraynanın iki şəhərinə zərbələri nəticəsində 6 nəfər ölüb, yaralılar var