“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO

“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO
İQTİSADİYYAT
10:38 25.09.2026
180

Çoxdan gözlənilən "iPhone 18 Pro” və "iPhone 18 Pro Max” modellərinin Azərbaycanda rəsmi satışına start verilib. Yeni telefonların ilk sahibi olmaq istəyənlər sentyabrın 24-dən 25-nə keçən gecə "Kontakt”ın İnşaatçılar mağazasına axın ediblər. Qafqazın ilk rəsmi "Apple Shop”unun yerləşdiyi mağazada satışlar saat 00:01-də başlayıb.

Gecə yarısı ölkənin aparıcı pərakəndə satış şəbəkəsi "Kontakt”da əsl "iPhone” həyəcanı yaşanıb. Şəbəkə 4-cü il ardıcıl satış rekordunu yeniləyib. Ön sifariş üçün həmin günə ayrılmış bütün "iPhone 18 Pro” və "iPhone 18 Pro Max” modelləri saatlar içində öz sahibini tapıb.

Rəng seçimində də maraqlı mənzərə yaranıb: "Burgundy” və "Black” ilk gündən alıcıların favoritinə çevrilib. "Kontakt”ın hazırladığı hədiyyələr isə, yeni telefon sevincinə əlavə rəng qatıb.

Hər iki modelin rəng və yaddaş variantları müntəzəm olaraq yenilənir. Yeni "iPhone” istəyənlər "Kontakt” mağazalarına və kontakt.az saytına üz tuta bilərlər. Modellər 18 ay faizsiz, ayda 199 manat 44 qəpikdən başlayan ödənişlərlə təklif olunur. Alışı onlayn kreditlə də rəsmiləşdirmək mümkündür.

kontakt.az üzərindən sifariş verənlər üçün alış prosesi daha da rahatdır. Çatdırılma pulsuzdur, şərtlərə uyğun məhsullar, əsasən də smartfonlar 2 saat ərzində ünvana çatdırılır. Onlayn alınan məhsulu isə qablaşdırması zədələnmədiyi halda 30 gün ərzində qaytarmaq mümkündür.

"Kontakt”da bütün brend və tərəfdaşlar rəsmidir, məhsullar rəsmi zəmanətlə satılır. Üstəlik, eyni məhsul digər rəsmi dilerdə daha ucuz olarsa, qiymət fərqinin 120%-i müştəriyə qaytarılır. 

Xatırladaq ki, "Kontakt” Azərbaycanda "Apple” brendinin rəsmi satış mərkəzidir. "İnşaatçılar” və "Bakıxanov stansiyası” mağazalarındakı rəsmi "Apple Shop”larda alıcılar cihazlarla yaxından tanış ola bilərlər. Burada "Apple” məhsulları vahid ekosistem şəklində nümayiş olunur. Ziyarətçilər onların bir-biri ilə necə işlədiyini yerində sınaqdan keçirir, brendin beynəlxalq təlimlərini keçmiş ekspertlərdən seçim və istifadə ilə bağlı məsləhət alırlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
11:56 25.09.2026
Xəzər dənizində itkin düşən iki hərbçinin meyiti tapıldı
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
11:56 25.09.2026
Süni intellektdən istifadə edərkən hansı halda həbs oluna bilərsiniz? - Hüquqşünasdan açıqlama
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
11:54 25.09.2026
İlham Əliyev “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul etdi - FOTOLAR
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
11:49 25.09.2026
Humanitar Kollecin kollektivi Ağdamda “Musiqimiz – Kimliyimiz” konsert proqramı ilə çıxış edib - FOTOLAR
Hərbçilərin maaşı bu qədər artacaq
11:40 25.09.2026
Hərbçilərin maaşı bu qədər artacaq
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
11:39 25.09.2026
Azərbaycan universitetləri dünya reytinqində mövqelərini gücləndirib
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
11:38 25.09.2026
Prezident Tacikistanın Baş nazirini qəbul etdi - FOTOLAR
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
11:21 25.09.2026
Almaniyanın “sülh” siyasətində ziddiyyət – Paşinyana mükafatın arxasında nə dayanır?
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
11:20 25.09.2026
Laçında Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - FOTOLAR
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb?
11:16 25.09.2026
Lənkəranda 3 yaşlı uşaq fiziki zorakılığa məruz qalıb?
Ülviyyə Əliyevaya ağır itki
10:54 25.09.2026
Ülviyyə Əliyevaya ağır itki
Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
10:53 25.09.2026
Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ
“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO
10:38 25.09.2026
“Kontakt”da “iPhone 18 Pro” seriyasına axın: 4-cü il ardıcıl satış rekordu – FOTO
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
10:24 25.09.2026
Tacikistan Baş naziri Zəfər Parkında - Fotolar
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
10:21 25.09.2026
2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - Video
10:18 25.09.2026
Bakıda qadın dişini çəkdirdiyinə görə vəfat edib? - Video