“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd
İQTİSADİYYAT
10:33 05.11.2025
298

Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan "Kontakt” mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb. Şəbəkə "Gələcəyi Yazanlar” təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam - 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.

AZXEBER.COM xəbər verir ki, bu təşəbbüs yay aylarından start götürmüş "Kontakt” ilə "Div Academy”nin tərəfdaşlığı əsasında həyata keçirilən "Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasının tərkib hissəsidir.

Proqramın əsas mexanizmi tələbə yönümlüdür: müraciətçilər əldə etdikləri nəticəyə əsasən 60% və ya 40% təqaüd qazana bilirlər.

Bundan əlavə, "Kontakt” bu layihədə bir xüsusilik də edib: sosial cəhətdən həssas əhali qrupundan 50 nəfərə tam 100% təqaüd də təqdim edir.

 

İndi isə Zəfər Gününün 5 illiyi münasibətilə bu rəqəmə əlavə yer də qoşulur. Zəfər yubileyinə görə "Kontakt” məhz qazi və şəhid ailəsi üzvü olan 20 nəfərin seçdiyi ixtisas üzrə təhsilin tam həcmini qarşılamağı öz üzərinə götürüb.

Proqram çərçivəsində ölkədə əmək bazarında ən çox tələb olunan istiqamətlər - Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə real bacarıqlar formalaşdırılır. Tədris müddəti seçilmiş sahə üzrə orta hesabla 6 ay davam edir və dərslər mütəxəssis təlimçilər tərəfindən əyani keçirilir.

Qeyd edək ki, "Kontakt” mağazalar şəbəkəsi illərdir ki, "Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək "Qarabağ Proqramı” üzrə həyata keçirilən vətənpərvərlik layihələrinə 2 milyon manatdan artıq vəsait cəlb olunub. Şəbəkənin vətənpərvərlik missiyası bu gün də güclü şəkildə davam edir. "Kontakt” mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.

"Qarabağ Proqramı” ilə həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək