xari

Koronavirusun Britaniya ştammı Filippinə gedib çıxdı

DÜNYA
12:58 14.01.2021
141
Filippinli həkimlər ölkə ərazisində koronavirusun Britaniaya ştammının aşkarlandığını təsdiqləyiblər.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Filippin sərhədlərində biomonitorinq və nəzarəti gücləndirdikdən sonra ölkədə B1.1.7 SARS-CoV-2 (koronavirusun Britaniya ştammının rəsmi formulu belədir - red.) aşkarlandığını rəsmən təsdiqləyirik”, - nazirliyin açıqlamasında deyilir.

Virusun yeni mutasiyası yanvarın 7-də BƏƏ-dən gələn Filippin vətəndaşında aşkar edilib. Ölkəyə gəldikdən sonra sərnişin karantinə alınmışdı. COVID-19 testinin müsbət nəticələnməsindən sonra analizin cavabları əlavə təhlillər üçün istifadə edilib. Nəticədə Britaniya ştammına yoluxma olduğu müəyyənləşdirilib.

Ümumilikdə, Filippində indiyə qədər 492 700 COVID-19 hadisəsi aşkar edilib, 458 523 nəfər sağaldı, 9 699 xəstə ölüb. Ölüm nisbət 1,97% təşkil edib. Koronavirusla bağlı testlərinin sayı 7 131 959-a çatıb.
 
///Report

OXŞAR XƏBƏRLƏR