Koronavirusun təhlükəli mutasiyası ilə bağlı XƏBƏRDARLIQ

SAĞLAMLIQ
06:33 21.10.2021
368
Böyük Britaniyanın Kembricdəki Senger İnstitutundan Ceffri Barrett və London Universitetindən Fransis Ballou Hindistanda koronavirusun yeni və təhlükəli mutasiyasının ortaya çıxması ilə bağlı xəbərdarlıq ediblər.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

"AY.4.2" adlanan yeni ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, "AY.4.2" pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək", - məlumatda deyilir.

Hazırda dünyada ən çox yayılmış "delta" ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq. (publika.az)

OXŞAR XƏBƏRLƏR