Koronavirusun yeni simptomları meydana çıxdı: Sizdə bu ağrılar varsa,...

SAĞLAMLIQ
14:38 28.06.2022
1373
Koronavirusun əlaməti olaraq 2 yeni simptom ortaya çıxıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Çində ortaya çıxdıqdan sonra bütün dünyanı əsir götürən koronavirus epidemiyasında düşən yoluxmaların sayı bəzi ölkələrdə yenidən artmağa başlayıb. 

Britaniya mediası isə koronavirusun iki mühüm yeni simptomunun ortaya çıxdığını iddia edib.
 
Mütəxəssislərin fikrincə, əzələ və başın hər iki tərəfindəki ağrılar bu virusun əlamətlərindəndir:

"Bu ağrıları nəzərə almaq xəstəliyin erkən aşkarlanmasını və lazımi tədbirlərin vaxtında görülməsini özü ilə gətirir. Başınızdakı ağrılar və əzələlər COVİD-19 simptomları ola bilər."

Koronavirusun başlanğıcında baş ağrılarının müşahidə edildiyini qeyd edən mütəxəssislər bu ağrının 3-5 gün davam etdiyinə diqqət çəkiblər.
 
Koronavirusun yaratdığı baş ağrısının orta və şiddətli olduğunu bildirən mütəxəssislər, üç növ ağrının olduğuna diqqət çəkiblər. Bunların nəbz kimi nizamlı ağrı olduğu, ağrının ilişib qaldığı və sanki təzyiq olduğu bildirilib.
 
Ayşən

OXŞAR XƏBƏRLƏR