Kosova prezidenti vəzifədən kənarlaşdırıldı

Bütün Xəbərlər
17:28 30.03.2011
1433

Bu haqda məlumat Konstitusiya Məhkəməsinin rəsmi internet saytında verilib. Qərarın ardından Pakolli vəzifəsindən uzaqlaşdırılıb. Məhkəmənin qərarında prezident seçkisində birdən çox namizədin mübarizə apardığı və səsvermə zamanı parlament üzvlərinin üçdə birinin iştirakının vacib olduğu qeyd edilib.

Xatırladaq ki, Pakollinin vəzifəyə gəldiyi seçkidə Parlament Ümumi Yığıncağında 67 millət vəkili iştirak edib, müxalifət nümayəndələri isə səs verməyə etiraz edərək zalı tərk etmişdi.

Vəzifədən uzaqlaşdırılan Pakolli 35 gün davam etsə də, prezidentlik vəzifəsini öhdəsinə götürdüyündən qürur duyduğunu söyləyib.

 

OXŞAR XƏBƏRLƏR