Kosovoda böyük gərginlik

Kosovoda böyük gərginlik
Bütün Xəbərlər
13:10 07.01.2012
1503

Serbiya prezidenti Boris Tadiçin ortodoksların Yeni İli olan "Rojdestvo" üçün Kosovoya getməsi böyük gərginliyə səbəb olub.

AZXEBER.COM-un "trtazerbaycan"a istinadən verdiyi xəbərə görə, Kosovonu tanımayan Tadiçin səfərinə etiraz edən nümayişçilər "Vısoki Deçani" monastırına gedən yolu bağlayıblar. Müdaxilə edən Kosovo polisi avtobusun yoluna davam etməsini təmin edib.

Deçan və İpək şəhərlərində isə Tadiçə qarşı böyük etiraz aksiyaları keçirilib. Monastırın yerləşdiyi Deçan şəhərində yüzlərlə insan Tadiçdən əvvəl gələn heyətin avtobuslarına hücum edib.

Nümayişçilər avtobusun üzərinə kosovalıları qətlə yetirən serb ordusu və polisinə qarşı yaradılan keçmiş Kosova Qurtuluş Ordusunun adını yazıb.

Baş verən gərginlikdə qrupun 13 üzvü yaralanıb. 7 nəfər həbs edilib. Tadiç və onu müşayiət edən heyət isə etirazlara baxmayaraq kilsədə keçirilən tədbirlərin ilk hissəsində iştirak edib.

OXŞAR XƏBƏRLƏR