Kraliçanın 91 yaşlı əri xəstəxanada

DÜNYA
00:26 16.08.2012
1385
Britaniya kraliçası II Yelizavetanın əri şahzadə Filipp avqustun 15-də Aberdin şəhərinin klinikalarından birinə yerləşdirilib. Bu barədə APA Agence France-Presse-ə istinadən məlumat verir.Bukingem sarayından verilən rəsmi məlumata görə, şahzadə ehtiyat tədbiri kimi xəstəxanaya yerləşdirilib.
Ehtiyatın hansı xəstəliyə qarşı olduğu açıqlanmayıb.91 yaşlı şahzadə bu il artıq xəstəxanada olub. Həmin zaman onda sidik kisəsinin infeksiyası aşkarlanmışdı.

OXŞAR XƏBƏRLƏR