Kreditlərinə görə özünü qatarın altına atdı

Kreditlərinə görə özünü qatarın altına atdı
Bütün Xəbərlər
11:13 25.06.2014
1017
Faktla bağlı araşdırma aparılır.
Goranboy rayonunda intihara cəhd edilib.
AZXEBER.COM  xəbər verir ki, Goranboy rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Ağamalıoğlu kəndi ərazisində baş verib. Goranboy rayon sakini, 1975-ci il təvəllüdlü Faiq Musayev sözügedən kəndin ərazisində intihar məqsədi ilə özünü qatarın altına atıb.
Ağır bədən xəsarətləri alan F.Musayev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Prokurorluqdan bildirilib ki, ilkin araşdırma zamanı F.Musayevin banklara xeyli miqdarda borcunun olduğu və bu səbəbdən intihara cəhd etdiyi məlum olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR