Kreml elan etdi: Putin Zelenski ilə görüşə hazırdır

Kreml elan etdi: Putin Zelenski ilə görüşə hazırdır
DÜNYA
16:10 21.08.2025
331
"Rusiya Prezidenti Vladimir Putin Zelenski ilə görüşməyə hazır olduğunu bəyan edib".

AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib.
 
Rusiyalı nazir həmçinin Avropa liderlərini ötən həftə Alyaskada keçirilən ABŞ-Rusiya sammitində Ukraynada mümkün sülh razılaşması üzrə əldə edilmiş irəliləyişə xələl gətirməkdə ittiham edib.
 
O, Kiyevin avropalı müttəfiqlərinin diqqəti Rusiyanın müharibənin əsas səbəbləri adlandırdığı məsələdən yayındırmağa çalışdığını iddia edərək, "Rusiya hər zaman təhlükəsizlik zəmanətləri barədə açıq danışmağa hazır olub” deyib.

Qeyd edək ki, Lavrov Rusiyanın 2022-ci ildə İstanbulda Ukrayna ilə danışıqları zamanı irəli sürdüyü təhlükəsizlik zəmanətindən fərqli başqa razılaşmanın onlar üçün masada olmadığını bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR