“Kristal” təzminat tələb edir - Həmin videoya görə məhkəməyə müraciət olundu

“Kristal” təzminat tələb edir - Həmin videoya görə məhkəməyə müraciət olundu
İQTİSADİYYAT
15:16 17.09.2025
1194

"Kristal” sosial şəbəkədə Park Yasamal yaşayış kompleksi haqqında yayılan video ilə bağlı məhkəmə qaydasında müdafiəyə müraciət edib.

AZXEBER.COM xəbər verir ki, şirkət hesab edir ki, Park Yasamal yaşayış kompleksi barədə yayılan görüntülər tikinti işləri aparılan zaman çəkilmiş, hazırkı vəziyyəti əks etdirmir və "Kristal” ın işgüzar nüfuzuna zərbə vurub.

Cavabdeh şəxs – Fərid Hüseynvənd TikTok platformasında paylaşdığı videoda şirkətə qarşı ittihamlar irəli sürüb. 

Yayılmış məlumatla əlaqədar "Kristal” şirkətinə müraciət etdik və şirkətin rəsmisi sorğumuza cavab verdi:

"Sosial şəbəkədə Park Yasamal yaşayış kompleksinin sakini Hüseynvənd Fərid Nadir oğlu tərəfindən paylaşılan video barəsində onu deyə bilərik ki, video qərəzli şəkildə paylaşılıb, yalan və böhtan xarakteri daşıyır. Videodan göstərilən kadrlar tikinti və təmir işləri davam edən zaman çəkilmişdir və hazırkı reallığı əks etdirmir.

Qərəzli yanaşmanın səbəbi ondan ibarətdir ki, hazırda Park Yasamal yaşayış kompleksində sakinlər üçün avtodayanacaqdan istifadə ilə bağlı ümumi qaydalar müəyyən edilmişdir. Belə ki, avtodayanacaqdan istifadə üçün sakinlərə giriş kartları verilir və sakinlər boş olan istənilən yerdə maşın saxlama hüququna malik olur. Yalnız dayanacağa mülkiyyət hüququ olan sakinlər öz avtomobillərini ona aid yerdə saxlayır. Adı çəkilən sakin isə dayancağa mülkiyyət hüququ olmadan bizdən bir neçə dəfə yeraltı dayanacaqda  xüsusi yer tələb edib.  Kompleksdə yaşayan sakinlərin bərabərlik hüququnun qorunması məqsədi ilə ona xüsusi yer ayrılmasından imtina edilmişdir. Bu səbəbdən bu formada böhtan xarakterli video paylaşmışdı.

Videoda qeyd olunan böyük həcmli yük maşınları və ərazi yaxınlığındakı beton zavod ilə bağlı olan deyilənlərin isə Kristalla heç bir əlaqəsi yoxdur, bizim şirkətə və layihəyə aid deyil. Burada və ətraf ərazidə yaşayan sakinlərin istirahəti üçün tərəfimizdən göl ətrafı ərazidə bulvar inşa ediləcək. Bu məqsədlə gölün suyu və ətrafının mütəmadi olaraq təmizlənməsi tərəfimizdən təmin edilir. Başqa bir şirkətə aid bu beton zavodun faəliyyəti bu istiqamətdə aparılan işlərin irəliləməsinə maneə olduğuna görə həmin beton zavodun ərazidən çıxarılması üçün tərəfimizdən müvafiq qurumlara müraciət edilmişdir.

Bundan başqa, biz şirkət olaraq kənar səslərin bəzən qaçınılmaz olduğunu nəzərə alaraq bütün mənzilləri yüksək səviyyədə yenilənmiş izoliyasiya sistemi ilə təmin edirik. Pəncərə və şüşələrdə Avropa brendləri olan aliminium materiallardan istifadə edilir ki, həmin materialların kənar səsləri və şüaları dəf etmə xüsusiyyəti var.

Kristal olaraq, sakinlərimizin təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiririk. Belə ki, yaşayış kompleksi bütünlüklə müşahidə kamera sistemi ilə təmin edilmişdir və xüsusi mühafizə heyəti tərəfindən 24/7 izlənilir və təhlükəsizlik təmin edilir. Binalara kənar şəxslərin girişinin qarşısının alınması məqsədilə bütün blokların girişində yeni nəsil üz tanıma sistemi ilə işləyən dofomonlar quraşdırılmışdır. 

Sözü gedən şəxsin isə böhtan xarakterli paylaşımına görə şirkətimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənilməsi məqsədilə təzminat tələbi ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir və bu məsələ hüquqi müstəvidə öz həllini tapacaq.”.

Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, yayılan videonun mənfi təsirləri nəticəsində şirkətə həm maddi, həm də mənəvi ziyan dəyib. 

Şirkət nümayəndələri bildirirlər ki, bu səbəbdən ümumi təzminat müəyyən edilib və məhkəmədən cavabdeh şəxsə qarşı iddianın təmin olunması tələb olunub. 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:40 27.07.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
06:54 27.07.2026
İranda Xamenei ilə bağlı diqqətçəkən iddia: Heç kimlə əlaqə saxlamır
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
05:38 27.07.2026
Berlində terror aktında şübhəli bilinən şəxs polis əməliyyatı zamanı güllələndi
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi