"Ən-Nəsr"in futbolçusu Kriştianu Ronaldunun Mərakeşdəki hotelində yanğın baş verib.
AZXEBER.COM Oxu.Az-a istinadən cəbər verir ki, hadisə nəticəsində "Pestana CR7" adlı mehmanxanaya ciddi ziyan dəyib.
Xoşbəxtlikdən şəxsi heyətin və yanğınsöndürənlərin çevik hərəkəti nəticəsində xəsarət alan olmayıb.
Yanğın boş otaqda başlayıb. Ehtimal edilir ki, qısaqapanmadan olub. Faktla bağlı araşdırma aparılır.
"Pestana CR7" hotelləri Portuqaliyada (Funşal və Lissabon), İspaniyada (Madrid), Fransada (Paris), İngiltərədə (Mançester) və Mərakeşdə (Mərakeş) yerləşir.