Körpənizi sağlam, istedadlı görmək istəyirsiniz? – Uzağa getmək lazım deyil

Körpənizi sağlam, istedadlı görmək istəyirsiniz? – Uzağa getmək lazım deyil
Bütün Xəbərlər
13:10 17.10.2014
2168

“Mənim dünyam” – İnsan uşaq yaşlarından şəxsiyyət olaraq formalaşmağa başlayır

“Böyüyəndə həkim olacam, insanlara şəfa verəcəm... Müəllim olmaq, Rozaxanım müəllimə kimi dərs demək istəyirəm... Polis olacam, maşınları bərk sürməyə qoymayacam...”.

Necə də sadə və gözəl arzular. Dünyada ən saf məxluq uşaqlardır deyib, atalarımız. Bax bu gözəl sözlər də Bakının Xətai rayonunda yerləşən “Mənim dünyam” uşaq tədris mərkəzinin balaca sakinlərinə məxsusdur.

Editor.az-ın əməkdaşı adıçəkilən tədris mərkəzində olub və onlarla balacanın təhsil aldığı müəssisədən reportaj hazırlayıb.

Xatırladaq ki, mərkəz “Akkord” sənaye-inşaat şirkətinin inşa etdiyi “Uğur 1” yaşayış kompleksinin ərazisində, kompleksin 1 saylı binasının ilk mərtəbəsində yerləşir.

Gülərüz personal, peşəkar heyət...

Mərkəzdə bizi çox mehriban, səmimi qarşılayırlar. “Jurnalist gəlib” səs-küyünə axışan uşaqlar bizi özlərinə xilaskar sayıb, “Məni evə apara bilərsiniz?”, “Xala, mən də böyüyəndə jurnalist olacam” deyərək, bu qarşılanma mərasiminə xüsusi rəng qatırlar.

Mərkəzin direktoru Ofeliya Axundova bildirir ki, mərkəz üç ildən artıqdır fəaliyyət göstərir.

Daha sonra bizi mərkəzlə tanış edən direktor əlavə edir ki, rəhbərlik etdiyi müəssisə bu ərazidə ən peşəkar hazırlıq mərkəzidir: “Əsas özəlliyimiz qiymətlərin olduqca münasib olmasındadır. Bu gün elə mərkəzlər var ki, fantastik qiymətlər qoyurlar. Valideynlər də bağçaların, mərkəzlərin sayının az olması səbəbindən onlarla razılaşmaq məcburiyyətində qalır. Biz isə öz işimizə vicdanla yanaşırıq”.

Niyə məhz “Mənim dünyam”?

Ofeliya xanım bildirir ki, mərkəzdə valideynlərin tədris prosesini canlı izləməsi üçün kamera şəraiti yaradılıb. Mərkəzləşmiş kamera vasitəsilə valideynlər övladlarının tədris prosesini evdən izləmək imkanı qazanırlar.

Mərkəzdə məktəbəqədər hazırlıq, ingilis dili, rus dili, rəqs, rəsm, məntiq hazırlıqlarının həyata keçirildiyini deyən direktor qeyd edir ki, peşəkar heyətlə körpələrin formalaşması prosesinə tövhə verirlər.

Eyni zamanda mərkəzdə körpələr üçün istirahət müddəti ayrılır ki, bu müddətdə bir neçə saatlığa tədrisdən uzaqlaşan körpələr həm qidalanır, həm də yatırlar. Bunun üçün hər bir şərait yaradılıb.

Körpələrin qidalanmasına da xüsusi önəm verilir. Belə ki, ev şəraitində bişmiş, nəfis şəkildə hazırlanmış qidalar körpələrin menyusuna daxil edilir.

Valideynlər nə deyir?

Valideynlər də mərkəzin fəaliyyətindən xeyli razılıq edirlər.

Aygül xanım deyir ki, oğlu Adnan iki ildir bu mərkəzə gəlir? “Özüm “Akkord”un binasında yaşayıram. Mərkəz çox yaxındır. Bu müddətdə bir dəfə olsun mərkəzdən hər hansı narazılığım olmayıb. Ofeliya xanım çox yaxşı insandır, istər o, istərsə də heyət uşaqlara ana qayğısı göstərirlər”.

Digər valideyn Zeynəb xanım da mərkəzdən razılıq edir: “Çox yaxşı dərslər keçirlər. Bir ildir övladım bu mərkəzdə təhsil alır. Bu müddətdə ciddi şəkildə inkişaf edib, insanlarla normal ünsiyyətə daxil olub”.

Çiçək, Lamiyə və digər valideynlər də mərkəzin fəaliyyətindən ağızdolusu danışır, təkcə övladlarının deyil, özlərinin də bu mərkəzlə doğmalaşmasından bəhs edirlər.

Gülər həkim, Nərgiz müəllimə, Məcid isə polis olmaq istəyir...

Uşaqlarla da söhbətimiz səmimi alınır.

Gülər:

Mən böyüyəndə həkim olacam. Rozaxanımı çox istəyirəm. O, gözəl müəllimədir.

Nərgiz:

Mən müəllimə olmaq istəyirəm. İstəyirəm, Çinarə, Mənsurə müəllimə kimi müəllimə olum. Uşaqları öyrədim.

Məcid:

Mən polis olacam. Adam öldürənləri tutacam. Yolda bərk maşın sürməyə qoymayacam.

Adnan:

Böyüyəndə maşın sürəcəm. İşə gedəcəm. İş adamı olacam.

“Mənim dünyam” uşaq tədris mərkəzində bir günlük ekskursiya bizi körpəlik xatirələrinə aparır, o dövrün gözəlliklərini düşüncəmizdə yenidən canlandırır.

Bir daha əmin oluruq ki, insanlar uşaq saflığında qalsaydı, dünyada heç bir problem olmazdı.

Körpələr bizim gələcəyimizdir! Biz gələcəyimizi etibarlı əllərə verməli, gözəl vətənimizə böyük şəxsiyyətlər kimi yetişdirməliyik.

Bunun üçün isə heç də uzağa getmək lazım deyil.

 “Mənim dünyam” uşaq hazırlıq mərkəzi:

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2944, bina 1

Həzi Aslanov metrosunu yaxınlığında, “Akkord-Uğur 1” yaşayış kompleksi, 1 saylı binanın birinci mərtəbəsi

Telefonlar:   012 – 579 – 05 – 85

                     050 – 784 – 66 -51

OXŞAR XƏBƏRLƏR