“Kubinka”da gənclərə "patı" satan Bibiqulu ələ keçdi - VİDEO

“Kubinka”da gənclərə "patı" satan Bibiqulu ələ keçdi - VİDEO
KRİMİNAL
17:16 05.08.2021
2123
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun "Kubinka”, "Papanin” və digər ərazilərində narkotik vasitələrin və psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 3 nəfər tutulub.

Daxili İşlər Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə məhkum olunmuş Abbas Musayev və Mirzə Səfərov saxlanılıblar.

Onların üzərindən psixotrop maddə olan metamfetamin aşkar edilib. Araşdırma zamanı bu şəxslərin metamfetamini "Kubinka” adllanan ərazidə narkotik maddələrin satışı ilə məşğul olan Bibiqulu adlı şəxsdən aldıqları məlum olub. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Şabran rayon sakini olan Bibiqulu Əzməmmədov da tutulub. Bu şəxsdən isə satmaq məqsədi ilə əldə etdiyi 5 büküm heroin və metamfetamin aşkar edilib. Bibiqulu Əzməmmədov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı isə psixotrop maddələrin onlayn yolla satışını həyata keçirən paytaxt sakini Kamran Bağışlı Buzovna qəsəbəsi ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı odan 35 qrama yaxın metamfetamin aşkar edilib. O, ifadəsində psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkə vətəndaşından aldığını və hazır bükümlər şəklində qablaşdıraraq onlayn yolla satışını həyata keçirdiyini bildirib.

Faktlarla bağlı Nəsimi və Xəzər Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
16:22 08.11.2026
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı və İlham Əliyevi Bayraq Günü münasibəti ilə təbrik edib
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
16:18 08.11.2026
Ərdoğan: Qardaşım İlham Əliyevin liderliyi ilə Azərbaycan xalqı qəhrəmanlıqla Qarabağı azad etdi
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
16:15 08.11.2026
Prezident Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən danışdı
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
16:13 08.11.2026
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
16:12 08.11.2026
Ərdoğan: Azərbaycanın Zəfəri bütün Türk dünyasının qürurudur
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
16:10 08.11.2026
"Səfərin əsas nəticəsi Türkiyə-Azərbaycan birliyinin əbədi və sarsılmaz olmasıdır"
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
16:09 08.11.2026
İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi əbədi olacaq
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
16:09 08.11.2026
Dövlət başçısı: Azərbaycan-Türkiyə birliyini sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
16:04 08.11.2026
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - Fotolar
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
16:03 08.11.2026
Şuşada İlham Əliyev və Ərdoğan mətbuata açıqlama verirlər - Canlı
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
16:02 08.11.2026
"Zəfər günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir"
Şuşadan ailə Fotosu
15:55 08.11.2026
Şuşadan ailə Fotosu
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
15:55 08.11.2026
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
15:47 08.11.2026
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
15:41 08.11.2026
Azərbaycan xalqı Zəfər Günündə şəhidlərin xatirəsini yad edib - Foto
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var
15:29 08.11.2026
Gürcüstan ən çox hansı ölkələrin vətəndaşlarını deportasiya edib? - Siyahıda Azərbaycan da var