Küçədə gəzən adamı əsir götürdü

Küçədə gəzən adamı əsir götürdü
Bütün Xəbərlər
14:00 10.01.2012
1858

Taylandda borclarını ödəyə bilmədiyi üçün əsəb keçirən bir nəfər yoldan keçən başqa bir adama qorxulu dəqiqələr yaşadıb.

AZXEBER.COM-un məlumatına görə, böyrək xəstəsi olan adam bir anda yoldan keçən başqa bir adamı əlindəki kəsici alətlə girov götürüb. Kəsici aləti götürdüyü girov adamın boğazına tutantəcavüzkar onu öldürəcəyini deyib.

Müalicəsi üçün borc aldığı və daha sonra ödəyə bilmədiyi üçün əsəb keçirən adamı hadisə yerinə gələn polislər sakitləşdirib. Təxminən 30 dəqiqə onunla danışan polis razı salmağı bacarıb və onu nəzarətə alıb.

Qeyd edək ki, girov isə hər hansı bir yara almadan qurtarılıb. Təcavüzkarın böyrək xəstəsi olduğu və müalicəsi üçün borc aldığı, daha sonra isə bu borclarını ödəyə bilmədiyi üçün böhrana girdiyi ifadə edilib.

Ozal Ibrahimli

OXŞAR XƏBƏRLƏR